La Liqada baş məşqçi ayrılığı

14.05.2022 10:13 459
Dünya futbolu
"Espanyol" baş məşqçisi ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, Visente Morena Barselona təmsilçisini çalışdırmayacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib.

Moreno 2020-ci ilin avqustundan "Espanyol"u çalışdırırdı. Komanda onun rəhbərliyi ilə bu mövsüm La Liqada 36 oyunda 10 qələbə qazanıb, 16 dəfə isə məğlub olub. Kataloniya təmsilçisi çempionatda 40 xalla 13-cü sıra yer alıb.