• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gəncə futbolunu barmağına dolayanlar - KÖŞƏ

Manşet / Yazarlar

24-12-2022, 21:0

Bir müddət öncə veteran futbolçularla masa arxasında əyləşmişdik.

Danışdıq, güldük, Azərbaycan futbolunun şəninə tostlar dedik. Məclisdəkilərdən üzr istəyərək bir sağlıq da səsləndirdim:

“İdman jurnalisti olduğum üçün özümü xoşbəxt hiss edirəm. Əsasən də futboldan yazmaq ayrı bir dünyadı. Çünki uşaq olanda oyununu izlədiyim əfsanələrlə söhbətləşmək, danışmaq imkanı olur. Atam Maşallah Əhmədov, İqor Ponomaryov, Vidadi Rzayev, Vəli Qasımov haqda ağızdolusu danışırdı. İndi həmin şəxslərlə oğlu bəzən bir məclisdə oturur, bəzən də müsahibə götürür. Bu, fantastik bir hissdi. Düşünürəm ki, yaşlı futbolçular da jurnalistlərlə bir masa arxasında əyləşməyi sevir. Baxmayaraq ki, illər ərzində onlar haqda tərif, tənqid yazırıq. Oyunların birində “skay-boks”da əyləşən, adını açıqlamaq istəmədiyim futbolçu əlində çay və şirniyyat gətirdi ki, iç, qardaşım. Niyə əziyyət çəkdiyini soruşanda belə fikir işlətdi: “Ay qardaş, 10 ildən çoxdu peşəkar futbol oynayıram. Səni də bu müddətdə stadionlarda görürəm. Qar, boran, yağış demədən gəlirsən. Dərk etməliyik ki, bir yerdə evimizə çörək pulu aparırıq. Məşqçilər, futbolçular, klub prezidentləri, azarkeşlər futbol ailəsinin bir üzvüdü”.

Açığı, bu fikir mənə təsir etdi. Həqiqətən də hamımız Azərbaycan futbol sektorunun inkişafı üçün çalışırıq. Ölkə müstəqillik əldə edəndən bu sahə pis gündə idi. Gündə bir dava, oyun alğı-satqısı, qalmaqallar, qeyri-peşəkarlıq hökm sürürdü. Komandalarımız avrokuboklarda mərhələ üzünə həsrət idi. İndi şükürlər olsun ki, “Qarabağ” pley-offa vəsiqə qazanır, digər klublar da 2-3 mərhələ keçə bilir. Bunların hamısı veteran futbolçuların, jurnalistlərin əməyinin bəhrəsidi. Guya biz nə istəyirik ki? Millimiz DÇ və ya AÇ-də iştirak etsin, klublarımız avrokuboklarda həmişə qruplarda oynasın. Ümid edirəm ki, veteranlar, klub rəsmiləri, azarkeşlər və biz jurnalistlər tezliklə bu günləri görəcək. Mən də bu tarixi anları işıqlandırdığıma görə fəxr hissi keçirərəm”.


Bəlkə də bir az uzun tost idi, amma həmin an ürəyimdən keçənləri dilə gətirdim. Sonra arzularımla reallıqların fərqli olduğunu anladım. Heç bir həftə çəkmədi ki, düşüncələrim alt-üst oldu. Niyə? Məncə, cavabı hamınız bilirsiz.

“Kəpəz”dəki Tərlan Əhmədov - Əfran İsmayılov qalmaqalından xəbəri olmayan yoxdu. Sən demə, bu məsələyə barmaq edən var imiş. Söhbət Mehman Allahverdiyevdən gedir. Gəncə futbolunun ağsaqqalı “vatsap” statusunda Əfranın müsahibələrini paylaşırmış. Sonra da klubun mətbuat katibi Azad Mustafayevə deyib ki, qəsdən yox, bilmədən belə şey edib. Biz də buna inandıq. Çox sadəlövhük axı! Daha bilmirik ki, Tərlan Əhmədov baş məşqçi təyin olunandan sonra məşqçilər korpusundan Füzuli Allahverdiyevi uşaqlaşdırıb. Guya Mehman müəllim də qardaşının intiqamını almaq eşqində deyil. Bu ölkənin uşaqları əvvəlcə Braziliya, daha sonra türk serialları ilə böyüyüb. Belə şeylər bizi təəccübləndirə bilməz.

Vallah, artıq təəccüblənmirəm. Bilirəm, qardaş sevgisi başqa bir şeydi. Amma buna görə Gəncə kimi böyük şəhərin futbolunun adını ləkələmək olmaz axı. Klubun İdarə Heyəti nə işlə məşğuldu, niyə təcili iclas keçirib başverənləri araşdırmır? Tərlan Əhmədov, Əfran İsmayılov, Mehman Allahverdiyev, Rauf Əliyev, İlqar Nadiri kimdi ki, Gəncə kimi futbol ənənələri olan şəhər belə mənasız söhbətlərlə ləkələnir? Deyəsən, şəhərin stadion problemini həll edə bilməyənlər məhəllə davası ilə söhbət xırdalamağa çalışırlar. Ayıb deyil? Nə qədər köhnə təfəkkürlə hərəkət edib Azərbaycan futboluna zərbə vurmağa davam edəcəksiz? Bəli, bu idman növü üçün nələrsə etmisiz. Amma bu, o demək deyil ki, qarşılığında bir-birinizlə qırışıb, şou-biznesdəkilər kimi saçyolduya çıxasız. Yox e, siz deyildiz ki, “Gəncəyə böyük futbol qayıtsın, bu komanda premyer-liqada çıxış etsin” deyənlər? AFFA, lisenziya almağa layiq olmasaz da, sizi çempionata buraxıb. PFL stadionun bərbad durumuna göz yumub. Qarşılığında öz aranızda didişməlisiz? Başınızı aşağı salıb işinizi görmək, futbolunuzu oynamaq əvəzinə belə biabırçı işlərlə məşğul olursuz. Gəncə futbolunu barmağınızda oynada biləcəyinizi düşünürsüz?

Yazıya arzularla başlamışdım, tostla bitirmək istəyirəm. Ümid edirəm ki, Azərbaycan futboluna barmaq edənlərin hamısı futboldan ömürlük uzaqlaşdırılar. Onsuz da bundan sonra yuxarıdakı istəklərimizin hamısı həyata keçəcək.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yazarlar

16-06-2022, 22:0

Rəşad Sadıqova arzularım - KÖŞƏ

Dünya futbolu

25-11-2022, 13:0

"Düşünürəm ki, Kriştiano tənqid olunmağı sevir" - Bruno Fernandeş

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Bu gün, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Bu gün, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Bu gün, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Bu gün, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Bu gün, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə