• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!

Ölkə futbolu / Manşet

21-04-2026, 10:0

Premyer-liqada mövsümün sonuna yaxınlaşırıq. Çempionun, avrokuboklara vəsiqə qazanacaq digər komandaların, yarışı tərk edəcək kollektivin, bəlkə də kollektivlərin adını öyrənməyin həyəcanını yaşamağa o qədər baş qarışıb ki, çox vacib məqama hələ toxunmamışıq. Söhbət “futbol ili”nin bombardirlərindən gedir.

PFL-in saytında yer alan və 20 futbolçunu əhatə edən siyahıda cəmi iki yerli futbolçu var. Bunlar 9 qolla 4-cü sırada olan Emin Mahmudovla 7 qolla 9-cu yerdə olan Toral Bayramovdu. Hələ onu demirik ki, həm “Neftçi”nin kapitanı, həm də “Qarabağ”ın oyunçusu həmin qollardan 4-nü penaltidən vurub. Ümumiyyətlə, futbolumuzun bu baxımdan bəxti gətirməyib. Ötənlərin bombardirləri Mahir Emreli “Kayzerslautern” kimi köklü klubun heyətində olsa da, şans qazanmır. Ramil Şeydayev Taylanddan Türkiyəyə, qardaş ölkədən “Neftçi”yə qədər dolandı, yenidən “Qarabağ”a gəldi və indi onun əvvəlki formasından əsər-əlamət yoxdu. Yalnız İsveçdə, daha dəqiqi, “Yurqorden”də uğursuz legioner həyatı yaşadıqdan sonra “köhlən atlar”a qayıdan Musa Qurbanlı indi nəsə etmək istəyir ki, ona da atası – Qurban Qurbanov yetərincə imkan vermir. “Qarabağ”dan “Kolambus Kryu”ya yollanan Nəriman Axundzadəni də ürək ağrısıyla izləyirik. O, Ohayo təmsilçisinin heyətində aşağı liqada çıxış edən “Riçmond Kikers”ə (yeri gəlmişkən, bu komanda sonuncu sıradadı) qarşı oyunda qolda yaxından iştirak etdiyinə görə manşetləri bəzəyib. Amma həmyerlimiz MLS-də son 5 matçda cəmi 5 dəqiqə forma geyib. Kəsəsi, futbolumuzun vuran ayaqları bizə parlaq gələcək vəd etmir.

Bəs, necə deyərlər, nə olacaq bu işlərin axırı? Torpağımız nə vaxt hücumda “dişli”, zərbədə qüvvətli, dəqiq futbolçu yetişdirəcəkmi? Nə vaxt Arda Güləri, Xviça Kvaratsxeliyanı yox, Filankəs Filankəsovu, Filankəslini müzakirə edəcəyik?

Bu mövzu haqda fikirlərini öyrənmək məqsədilə veteran futbolçu Nazim Əliyevə müraciət etdik. Hər halda, premyer-liqada hamıdan çox – 183 qol vuran futbolçu hələ uzun illər bu siyahıda liderliyi əldən verməyəcək. Nazim bəyi dinləyək:

“Bu gün bütün premyer-liqa klubları heyətini legionerlərlə gücləndirir. Legioner limitinin ləğvi yerli futbolçuların kənarda qalmasına səbəb olub. Halbuki öz uşaqlarımıza şərait yaratmaq lazım idi. Milli komanda üçün gənc, perspektivli hücumçu tapılmır. Gələnlər də təcrübəsi az olduğundan gözləntiləri qarşılaya bilmir. Hər komandanın start heyətində, heç olmasa, üç yerli futbolçu oynamalı, üçü isə ehtiyat oyunçular skamyasında əyləşməlidi. Buna imkan vermirlər. Bu gün hamı nəticə üçün oynayır. Yığmaların gələcəyini düşünən azdı. Gündəmdə olan yeganə məsələ puldu. Bu üzdən legioner həyatı yaşayan oyunçular da uğur qazana bilmir. Başqa ölkəyə yollanan futbolçu uğur dalınca getməlidi, pul yox. Həmin adam yeni komandasında şans qazanacağına əmin olmalıdı. Artıq 1-ci liqa klubları da legionerlərin xidmətindən yararlanır. Sabah 2-ci liqada da eyni mənzərənin şahidi olacağıq. Səhv etmirəmsə,1-ci liqada yalnız “Şəfa”nın heyətində əcnəbi oyunçu yoxdu. Çox gözəl təşəbbüsdü. Özü də bu komanda çox yaxşı oynayır, liderdi. Deməli, birinci yerdə olmaq üçün həmişə əcnəbilərə ehtiyac yoxdu. Sadəcə, düzgün seçimlər olmalıdı. Ümumiyyətlə, yerli futbolçuların oynaması üçün qol vurmaq şərt deyil. Onlar təcrübə toplamalı, millidə oynaya bilməlidi. Yığmamıza yeni baş məşqçi gəlib. Görürəm ki, həvəslidi. Ancaq bir müddət sonra Ayxan Abbasov da ciddi çətinliklərlə üzləşəcək. Çünki premyer-liqada oynayan yerli futbolçuların sayı azdı, nəinki qol vuran olsun”.

Nazim bəydən çıxış yolunu nədə gördüyünü də soruşduq. Dinləyək:

“Əsas məsələ xarakterdi. Hər şey insanın öz içində başlayır. Futbolçu düşünməlidi ki, başqa ölkədən gələn oyunçu onun yerini ala, daha yaxşı oynaya bilməz. Legionerin varlığı rəqabət deməkdi. Yerlilər çalışmalıdı ki, həm onlardan nəsə öyrənsin, həm də üstələsin. Ancaq bu gün bu yöndə irəliləyiş hiss olunmur. Bəzən görürəm ki, hansısa futbolçu əvvəlki komandasıyla oyunda qol vurmaq istəmir və ya fərqlənsə də, sevinmir. Belə futbolçu olar? Həmin rəqib sənin 10-15 il oynadığın və ya yetirməsi olduğun komanda deyilsə, niyə sevinmirsən? Futbolda mübarizə olmalıdı. Oyunçular rəqibə “diş göstərməlidi”. Təəssüf ki, bizimkilərdə belə prinsipiallıq hiss olunmur. Sözü meydanda demək lazımdı”.

Veteran futbolçu 183 qol vurmasıyla bağlı xatirələrindən də danışdı:

“Futbolda uğurun kökündə komanda işi dayanır. Təkbaşına qol vurmaq nadir hallarda mümkündü. Biz həm qarşı tərəfin, həm də özümüzün zəif və güclü cəhətlərini əlimizin içi kimi bilirdik. Komandanı matça təkcə baş məşqçi hazırlamırdı. Yəni futbolçular günlərlə növbəti qarşılaşma haqda düşünürdü. Biz futbolla yaşayırdıq. Buna təkcə pul qazanmaq üçün yox, həm də həyat tərzi kimi yanaşırdıq. Əslində yerli futbolçuları çox qınamaq istəmirəm. Onların əleyhinə işləyən qanunlar var. Başqa məsələ isə o vaxt hücumçuların işi çətin olsa da, qolların sayılmasıyla bağlı bugünkü qədər qəliz qərarlar yox idi. İndi başqa məqamlar ortaya çıxıb ki, xeyli qol müxtəlif səbəblərdən sayılmır. Yenə də futbolçular ruhdan düşməməli, çalışmalı, legioner həyatı yaşamağa can atmalıdı. Bəlkə onda hansısa uğurun şahidi olacağıq”.

Maraq üçün qeyd edək ki, Nazim Əliyev 1992-ci ildə bir mövsüm üçün 39 qolla rekord qırıb. O, həm də 1994/95, 1995/96, 1997/98 mövsümlərinin bombardiri olub.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

3-01-2023, 11:0

Ramil Şeydayev Mbappenin başçılıq etdiyi siyahıda yer aldı

Ölkə futbolu

11-09-2024, 18:0

"Eminlə Ramil məhz penalti epizoduna görə start heyətində deyildisə, bu, haqsızlıqdı"

Ölkə futbolu

22-09-2025, 10:0

Toral Bayramovun premyer-liqada ilk het-triki

Aktual / Ölkə futbolu

23-04-2025, 00:0

Emin Mahmudov premyer-liqanı Türkiyə superliqasına dəyişə bilər – qardaş ölkədən təklif var!

Ölkə futbolu / Aktual

3-01-2026, 17:0

Toral ilk yarının ən məhsuldar azərbaycanlısıdı... – “Qarabağ”ın “vuran əli” yorulmaq bilmir!

Dünya futbolu / Aktual

8-04-2026, 16:0

“Kayzerslautern”də Mahirə yer yoxdu... – indi də Berişa gününü qara edib!

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 244
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 239
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 213
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə