Boksçumuz qələbə qazandı - Dünya Kuboku

21.04.2026 11:54 23
İdman
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə dünya kuboku start götürüb.

"Football-plus.az" xəbər verir ki, reytinq xarakterli yarışa millimizin üzvü Nəbi İsgəndərov qələbə ilə başlayıb.

70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə Necat Ekinçi (Türkiyə) ilə qarşılaşıb. Boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib. İsgəndərov 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gələcək. Görüş sabah olacaq.

Dünya kuboku aprelin 26-da başa çatacaq.