• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Martinesin penaltilər seriyasındakı “hoqqaları”

Manşet / Yazarlar

24-12-2022, 13:0

Argentinanın bu dünya çempionluğunda Lionel Messinin danılmaz əməyi var. Amma bir isim var ki, hər dəfə “albiselesta”nın bu uğuru xatırlananda onun haqqında da çox danışılacaq.

Bəlkə Messidən də çox... Söhbət qapıçı Emiliano Martinesdən gedir. 30 yaşlı əlcək sahibi zatən psixoloji cəhətdən rəqiblərə təzyiq göstərmək baxımından usta sayılırdı. DÇ-2022 göstərdi ki, o, bu cəhətdən artıq usta yox, bir fenomendi...

Gec kəşf edilən istedad
Əslində Martinesin karyerasını iki hissəyə bölmək olar. 2012-20-ci illər aralığında o, “Arsenal”a məxsus olsa da, faktiki gününü “orda-burda” icarədə keçirirdi. Bu 8 il ərzində o, İngiltərənin 1-ci liqa, yəni 3-cü divizion təmsilçisi “Oksford Yunayted” də başda olmaqla 6 fərqli klubda icarədə oynamışdı. Onun həyatı 2020-nin sentyabrında 20 milyon funt sterlinqə “Aston Villa”ya transfer olunandan sonra dəyişməyə başladı. Oyun praktikası qazanmağa başlayan kimi özünəinamı və seyvləri artan təcrübəli qapıçı Argentina yığmasının da məşqçilər korpusunun diqqətini cəlb etdi. Nəticədə 2021-in iyununda, yəni 29 yaşında birbaşa Braziliyada keçirilən Amerika Kubokunda yığmada debüt etdi! Bu ana qədər onun penaltilər seriyasındakı istedadı üzə çıxmamışdı. Çünki diqqəti cəlb etməmişdi. Düzdü, məsələn, 2020-nin avqustunda İngiltərə superkuboku uğrunda matçda “Arsenal” Martineslə birlikdə penaltilər seriyasında “Liverpul”u üstələmişdi. Amma digər tərəfdən, məsələn, 2019-un oktyabrında İngiltərə kubokunun 1/8 finalında “Enfild”də “Liverpul”a qarşı əsrarəngiz 5:5-lik oyundan sonrakı penalti seriyasında, eləcə də 2019-un iyulunda ABŞ-da Beynəlxalq Çempionlar Kubokunda “Real”a qarşı 2:2-lik bərabərliklə bitən oyundan sonrakı penaltilərdə Martinesli “Arsenal” uduzmuşdu.

Hətta Messi də onu fenomen sayır
Bu baxımdan ötən ilin iyulunda Amerika Kubokunun yarımfinalında Kolumbiyaya qarşı keçirilən oyun dönüş nöqtəsi oldu. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən, 120 dəqiqəlik mübarizə zamanı 47 qayda pozuntusunun qeydə alındığı və 10 sarı vərəqənin göstərildiyi matçda qalib penalti seriyasında müəyyənləşdi. Martines həmin penalti seriyasında birdən-birə 3 (!) zərbəni dəf etməklə superqəhrəmana çevrildi.

Onun xüsusilə Yerri Mina ilə yaşadığı dialoq uzun müddət gündəmi zəbt etdi və faktiki bu qapıçının vizit vərəqinə çevrildi. Mina topu “nöqtəyə” qoyduqdan sonra qarşı tərəfdən bu sözləri eşitməyə başladı: “Əsəbisən, hə? Gülümsəyirsən, amma əsəbisən. Topu irəli qoymusan. Gözlərini bağlama, mən səni “yeyəcəm”. Hara vuracağını bilirəm”. Ən dəhşətlisi odu ki, Mina sürət yığmağa və topa tərəf qaçmağa başlayanda da Martines “bax səni “yeyirəm” dedi və... özündən sola tullanaraq zərbəni dəf etdi! Sonra da rəqibə acıq verərək (ədəbsiz şəkildə) rəqs etməyə başladı. Bu qarşılaşmadan sonra qapıçının populyarlığı və komanda yoldaşları arasında nüfuzu birəbeş artdı. Martinesin mükəmməl performansı sayəsində Argentina tunirdə cəmi 2 qol buraxaraq çempion oldu. Kolumbiya ilə oyundan sonra hətta Messi də bu əlcək sahibini xüsusi olaraq qeyd etdi:

“Emiliano bizdə həqiqətən də fenomendi. Bilirdik ki, kolumbiyalıların qarşısını kəsəcək. Hamımız ona güvənirik”.


Bu hadisədən iki ay sonra – sentyabrın 25-də, premyer-liqanın 6-cı turu çərçivəsində “Aston Villa” “Mançester Yunayted”in qonağı oldu. Qonaqlar 88-ci dəqiqədə hesabda önə keçdilər və əlavə olunmuş dəqiqələrdə “Yunayted” penalti qazandı. Sanki bu cür məqamlarda bu qapıçıya əlavə bir ruh yüksəkliyi və psixoloji güc gəlir. Rəqibdə penalti ilə bağlı çaşqınlıq yaşandığını və topun başına Bruno Fernandeşin keçdiyini görən Emiliano yenə “dilini” işə saldı: “Topu “nöqtə”nin üstünə qoy. Zərbəni sən niyə vurursan? Kriştiano səndən yaxşı vurur. İmkan ver, qoy, o vursun”. O, təxminən 2 dəqiqə rəqibin əsəbinə işlədikdən, qapı xəttinin üzərində ora-bura getməyə başadıqdan sonra Fernandeş karyerasında ilk dəfə penaltini qapının üstündən vurdu!

Onu fərqləndirən özəlliklər
Amerikalı sabiq qapıçı, hazırda qapıçılarla işləyən məşqçi olan və “Atletik” nəşrində qapıçılarla bağlı yazılar dərc edən Mett Pizdrovski Martines fenomeni ilə bağlı bunları qeyd edib: “Onun əsas özəlliyi yerindən vaxtından əvvəl tərpənmədən hətta ən künc nöqtəyə yönələn zərbəni dəf etmək bacarığıdı. İdeal bədən quruluşu, 195 sm-lik boyu, tam zamanında tullanmaq qabiliyyəti və ayaqlarındakı güc hətta dəqiq və qüvvətli zərbələr zamanı da istədiyi küncə yönəlməyə, topun qarşısını kəsməyə imkan verir. Sona qədər mərkəzdə qalır və faktiki barmaqlarının üzərində dayanmaqla və ya ora-bura hərəkət eməklə tullanmağa hazır olduğunu göstərir. Vuran oyunçunun diqqətini yayındırmaq baxımından da çox irəli gedib”.
DÇ-2022-də Argentinanın 2 dəfə penaltilər seriyasında Martinesə “işi düşdü” və hər iki halda qapıçı ümidləri artıqlamasıyla doğrultdu. Onun yardımına ilk dəfə Niderlanda qarşı 1/4 final görüşündə ehtiyac duyuldu. Olduqca gərgin və qarşılıqlı “söz atışmaları” ilə keçən oyunda Martines “dilini” yox, birbaşa penalti qaytarmaq qabiliyyətini işə saldı. Çünki o oyunda hamı bir-birinə söz atırdı və gərginlik ən yüksək həddə idi. Martines özünəməxsus seyvləri ilə matça damğa vurdu. Əvvəlcə Van Diykin zərbəsi zamanı sona qədər yerindən tərpənməyib özündən sağa, sonra Berqheysin zərbəsi zamanı isə özündən sola tullanaraq qola imkan vermədi!

“Gözüm üzərindədi, mən səni görürəm”
Fransaya qarşı dramatik və tarixi final oyununda isə bu qapıçı bəlkə də karyerasının zirvə nöqtəsini yaşadı. 3 qol buraxmasına rəğmən, onun 2-ci əlavə olunmuş hissənin son saniyələrində Kolo Muaninin zərbəsi zamanı həyata keçirdiyi seyvin dəyəri vaxt ötdükcə daha çox bilinəcək. Bu seyv DÇ-2010-un finalında Robbenin zərbəsi zamanı Kasilyasın seyvi kimi heç vaxt unudulmayacaq.

Onun finalda - penalti seriyasındakı “hoqqalarını” isə futbol psixoloqu Heyr Jordetin dili ilə dinləyək:

“Lyoris kapitan kimi püşkatma mərasimində iştirak edərkən Martines dərhal cərimə meydançasına yollanaraq oranın sahibi olduğunu göstərmək istədi. Ora yollanaraq həmkarını gözləməyə başladı. Bir növ Lyorisə “indi sən mənim evimdəsən” dedi. Lyoris yaxınlaşan kimi Martines birinci əlini ona uzatdı. Mbappe zərbəni vurmağa gələndə də belə etdi. Əvvəlcə özünü nəzakətli göstərir və rəqibin psixoloji durumunu daha həssas edir. Sonra da başlayır sözləri ilə rəqibi özündən çıxarmağa. Bu artıq onun tərzidi. O, ilk hərəkətlərini asta edir və sözlərini yavaş-yavaş deyir. Bunu hakimin xarakterinə bələd olmaq və icazə verilən şeylərin “çərçivəsini” anlamaq üçün edir. Məsələn, Mbappenin zərbəsi zamanı o, sevimli üsuluna əl ataraq hakimdən topun “nöqtə”yə düzgün qoyulub-qoyulmadığını yoxlamağı xaiş etdi. Hakim də bunu yoxladıqdan sonra baş barmağı ilə hər şeyin qaydasında olduğunu bildirdi. Komanın zərbəsi zamanı Martines təzyiqi artırmağa çalışdı. Hakim bu dəfə də onun dediyini edərək topun “nöqtə”yə düzgün qoyulub-qoyulmadığını yoxladı. Bu məqamda Martines artıq cərimə meydançasının ağası olduğunu və bir növ ona hər şeyə icazə verildiyini anlayınca, özünəinamı birəbeş artdı. Komanın zərbəsini dəf etdikdən sonra nümayişkəranə şəkildə sevinməsi yenə də onun rəqib oyunçulara psixoloji təzyiq göstərmək istəyindən xəbər verdi. Araşdırmalar göstərir ki, qapıçının bu cür hərəkətləri onun komanda yoldaşlarını ruhlandırırsa, rəqiblərə pis təsir edir. Çuameni topa yaxınlaşanda Emiliano artıq bilirdi ki, ona nə etmək olar, nə etmək olmaz. Əvvəlcə topu əlinə götürüb “atasının malı” kimi qapıya tərəf yönəldi. Hakim və Çuameni topu gözlədiyi məqamda Martines qapı arxasındakı argentinalıları ayağa qaldırmağa çalışdı. Sonra topu bilərəkdən cərimə meydançasının kənarına atdı. Rəqibi topun dalınca getməyə məcbur etdi. Bu artıq rəqibə qarşı aşkar hörmətsizlikdi və hakim burda məsələyə qarışmalı idi. Çuameni zərbəni vurmağa hazırlaşanda Martines ona baxaraq gülümsəməyə başladı. Bu taktika yenə işə yaradı: fransalı futbolçu “çərçivə”yə düşmədi. Martines, təbii ki, yenə rəqs etdi. Sonra topa Paredes yaxınlaşdı. Martines bilirdi ki, Lyoris də “yaxşı oğlan” olmaqdan bezərək rəqibə psixoloji təzyiq göstərmək fikrinə düşə bilər. Ona görə də topu tez özü götürərək Lyorisə eyni hərəkəti etməyə imkan vermədi. Çox ağıllı addım idi. Kolo Muaninin zərbəsi zamani Emiliano yenə jestləri və “dilini” işə saldı. Həmişəki kimi topun düzgün qoyulmamasından narazılıq edərək Kolo Muaniyə “gözüm üzərindədi, mən səni görürəm” dedi. Bu artıq “çərçivə”ni aşmaq deməkdi və Martines çoxdan layiq olduğu “sarı”nı aldı. Amma qatar getdi... Martines istəyinə çataraq penalti seriyasının qalibi oldu. Onun düşüncə oyunlarının hər biri əvvəlcədən düşünülmüş addımdı və hamısı da işə yarayır. Çox güman, digər qapıçılar da artıq bunu təkrarlamağa çalışacaq. Ona görə də bu trendin necə inkişaf edəcəyini izləmək maraqlı olacaq”.


Martines “qızıl əlcək” mükafatını qazanaraq turnirin ən yaxşı qapıçısı seçildi. Sonra da həmin mükafatı düz Qətər əmirinin gözü önündə cinsi orqanına yaxınlaşdıraraq fransalı fanatlara ədəbsiz jest göstərdi. Onun “yaxşı oğlan” olmadığı onsuz da əvvəldən bəlli idi. Amma qalibi mühakimə etmirlər. Və ya qələbəyə aparan bütün yollar məqbuldu...

ƏLİ RAUFOĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-10-2022, 23:0

"Leyptsiq"dən yeni transfer

Dünya futbolu

1-06-2022, 22:0

"Roma" qapıçısı ilə yollarını ayırdı

Dünya futbolu

17-06-2022, 23:0

"Mançester Siti" qapıçısını "Sauthempton"a satdı

Aktual
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
“İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
Son xəbərlər
  • Bu gün, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Bu gün, 14:45
    MS-ni tərk edə bilər
  • Bu gün, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Bu gün, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
  • Bu gün, 11:28
    Komandasının ilk oyununa hazırdı
  • Bu gün, 11:04
    "Sabah"ın rəqibi bu gün bəlli olacaq
  • Bu gün, 10:53
    Seneqal və Misirə ulduz qadağası
  • Bu gün, 10:32
    Mbina daha üç il "Sabah"da
  • Bu gün, 10:22
    "Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
  • Bu gün, 10:00
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Bu gün, 09:06
    Daha iki heç-heçə - DÇ səhəri
  • Bu gün, 00:57
    Avropa çempionu debütantla bacarmadı, Belçika - Misir oyununda heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:25
    CAS-ın "Turan Tovuz"la bağlı qərarı açıqlandı - SON DƏQİQƏ
  • Dünən, 23:20
    Milli komandada yeni müqavilə
  • Dünən, 23:00
    İngilislər üçün böyük təhlükə
  • Dünən, 22:32
    MBA ilə MHL-də çempion müəyyənləşdi - Tramp təbrik etdi
  • Dünən, 22:21
    "Şəfa" üç futbolçunu yola saldı
  • Dünən, 21:37
    Messi və Ronaldo üçün 6-cı DÇ, Mbappe üçün Klozeni ötmək imkanı
  • Dünən, 21:07
    "Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
  • Dünən, 20:59
    Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
  • Dünən, 19:58
    ''Neftçi''nin sabiq ulduzu efirdə ağzına gələni danışdı! - ''11'' nömrə kimdi?''
  • Dünən, 19:12
    "Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
  • Dünən, 18:41
    Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 275
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 263
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 261
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 222
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə