• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldonun mundial macərası

DÇ 2026 / Manşet

16-12-2022, 18:0

Kriştiano Ronaldonun uzunmüddətli uğurlu karyeraya nail olmaq üçün yetərincə qurbanlar verdiyi çoxlarına məlumdu.

Tənbəllikdən uzaq olan portuqaliyalı qayğısız gənclikdən və çox dadlı qidalardan imtina edib. Ola bilsin ki, yaşıl meydanda böyük uğurlara imza atmaq üçün özünü sərt həyat çərçivəsinə salması hardasa onun psixoloji vəziyyətinə mənfi təsir edib.

Amma Kriştiano futbolda, demək olar ki, hər şeyə nail olub: müxtəlif liqalarda və Çempionlar Liqasında qələbələr, 5 “Qızıl top”, saya-hesaba gəlməyən qollar və milli komandada aparıcı rol. AÇ-2016-da yığma ilə ilk ciddi titulunu qazanıb. Amma dünya çempionatlarında yeniyetməlik çağından 37 yaşına qədər istədiyini qazana bilməyib. Qətərdəki mundialın 1/4 finalında Mərakeşə məğlubiyyət (0:1) onun nəhəng turnirin qalibi olmaq üçün son fürsəti də əldən verdiyinə işarədi. Maraqlıdı ki, Ronaldo bu dəfə də dünya çempionatının pley-off mərhələsində qol vura bilməmək kimi uğursuz seriyaya son qoya bilmədi. İndi onun 5 mundialdakı macərasına nəzər salacağıq.

DÇ-2022: Qətəri ehtiyat oyunçu kimi tərk etdi
Naz edən Kriştiano ehtiyat oyunçular skamyasında olarkən Portuqaliya yığması növbəti mərhələyə çıxırsa, deməli, doğru qərar verən məşqçi qəhrəmandı. Yox, komanda uduzursa, günahkar İsveçrə üzərində 6:1 hesablı qələbəni həm də Ronaldoya qalib gəlməsi ilə bayram edən məşqçidi. Əslində bu fikir ulduz futbolçunun bacılarından Katya Aveyruya aiddi. Kriştianonun digər bacısı Elma isə Fernando Santuşu istefaya çağırıb. Hər iki xanım son günlər kəskin açıqlamalara görə reklam müqavilələrini itirməkdən çəkinən qardaşının çalışdırıcı ilə bağlı mövqeyini ictimaiyyətə çatdırmaqla məşğuldu. Katya hətta Kriştianonun beynəlxalq karyerasını 2026-cı ildə keçiriləcək mundialdan sonra, 41 yaşında bitirməyi planlaşdırdığına işarə vurub.
Səbəbkarın Qətərin yaşıl meydanlarındakı “performans”ı isə meydanda 291 dəqiqə görünməsi, penalti ilə 1 qol vurması, Bruno Fernandeşin 1 qolunu öz hesabına yazdırmaq cəhdi, baş məşqçi ilə 1 mübahisəsi və Ronaldonun DÇ-2022-də möhtəşəm oynadığını demək üçün 0 əsasdan ibarət oldu. Artıq Santuşun milli komandadakı fəaliyyətinin sonunun gəldiyi böyük ölçüdə məlumdu. Onun xələfi kim olacaqsa, mütləq Ronaldo və yığmanın bütün aparıcı oyunçuları ilə ciddi söhbət etməlidi. Kapitanın komandada heç də hər kəs tərəfindən sevilmədiyi fikri diqqətdən yayına bilməz. Kriştiano ya sistemdə Fransa yığmasında Olivye Jiru kimi vint rolunu oynamağa öyrəşməlidi, ya da onu AÇ-2024-ə aparmağa dəyməz.

DÇ-2018: faydası olmayan het-trik
Ulduz futbolçu 4 il əvvəl daha yaxşı formada idi. Bacıları 2018-ci ilin sonunda Florentino Peresin qəddarlığı ilə bağlı fikir ortaya atdılar. Onlar qardaşlarının həmin il “Qızıl top”u qazana bilməməsinin məhz “Real”ın prezidentinin sayəsində mümkün olduğunu iddia etmişdilər. Fərdi mükafata madridlilərin yarımmüdafiəçisi Luka Modriç sahib çıxmışdı. Bundan bir neçə il keçəndən sonra xorvatiyalının belə dəyərə layiq olduğunu əminliklə söyləmək mümkündü. Ronaldo həmin yay əsasən “Real”dan “Yuventus”a keçidi ilə məşğul olmuşdu. Modriç isə milli komandanın dünya çempionatının finalına qədər irəliləməsində böyük rol oynamışdı.

Portuqaliya Rusiyada keçirilən turnirdə daha yaxşı nəticə göstərə bilərdi. Komanda mundiala Avropanın son çempionu kimi gəlmişdi. Lakin potensialını tam nümayiş etdirə bilmədi. Kriştiano qrup mərhələsinə əla başladı. İspaniya ilə matçda het-trik etdi, ancaq müdafiə xəttinin bərbad oyunu onun vurduğu 3 qolun komandaya yalnız 1 xal qazandırmasına səbəb oldu. Amma Mərakeşlə növbəti oyundakı bir qolu qələbə üçün kifayət etdi. Portuqaliya İranla heç-heçə (1:1) edərək pley-offa çıxdı. 1/8 finalın Uruqvaya qarşı matçı avropalılar üçün uğursuz alındı. Ronaldo Fernando Musleranın qoruduğu qapıya 6 zərbə endirdi, bunlardan yalnız biri “çərçivə”yə düşdü ki onu da qapçı dəf etdi. Nəticə bu oldu ki, Edinson Kavaninin dublu portuqalların 1:2 hesablı məğlubiyyətini rəsmiləşdirdi.

DÇ-2014: qrupu adlaya bilmədi
Belə çıxır ki, Rusiyadakı mundial Kriştianonun karyerasına statistika planında yazılan ən uğurlu turnirdi. Şimal qonşumuzun stadionlarında 4 dəfə meydana çıxan hücumçu 4 qol vurmuşdu. Braziliyanın evsahibliyi etdiyi 2014-cü il çempionatında iştirak etdiyi 3 oyunda yığmaya 1 qol və məhsuldar ötürmə ilə faydalı ola bildi. Başqa sözlə, Portuqaliya mübarizəni qrupda dayandırdı.
İki ildən sonra qitə çempionu olacaq pireneylilər Braziliyaya çox yaxşı heyətlə gəlmişdilər. Amma komandanı uğura daşıya biləcək məşqçiləri yox idi. Paulo Bentonun başçılıq etdiyi yığma gələcək çempion Almaniya qarşısında diz çökdü – 0:4. ABŞ ilə növbəti oyunda 2:2 hesablı heç-heçəyə nail olan Portuqaliya məğlubiyyətdən 90+5-ci dəqiqədə qaça bildi. Son matçda məhz Ronaldonun vurduğu qol Qana üzərində qələbəni (2:1) təmin etdi. Lakin ABŞ ilə eyni xala malik olan Bentonun komandası topların fərqinə əsasən qrupda 3-cü yeri tutaraq evə erkən qayıtdı. Almaniya darmadağını “yaşıl-qırmızılar”ı bu planda amerikalılardan çox geri saldı. Qrupdan çıxacaqları halda pley-offda Belçika, Argentina və Niderlanda qarşı oynaya bilərdilər. Həmin uğursuzluğun komanda üçün yeganə müsbət tərəfi Santuşun baş məşqçi vəzifəsinə təyinatı oldu.

DÇ-2010: gələcək çempiona məğlubiyyət
4 oyun, 1 qol və 1 məhsuldar ötürmə - Kriştianonun 12 il əvvəlki mundialdakı statistikası belə oldu. Cənubi Afrikaya məhsuldar vinger, yığmanın kapitanı, ÇL-in və “Qızıl top”un qalibi kimi gəlmişdi. “Real”ın formasında mövsüm ərzində kifayət qədər qol vurmaq bacarığına sahib olmuşdu. Amma milli komandada bu planda, belə desək, fasilə vermişdi.

Portuqaliya yığması qrupda Braziliya, Kot d’İvuar və KXDR ilə keçirdiyi 3 oyunda ümumilikdə 7 cavabsız qol vurdu. Bütün topları autsayder şimali koreyalıların qapısından keçirdi. Ronaldo bu qollardan yalnız birini hesabına yaza bildi.
Qəribə mənzərə o oldu ki, yığmada ulduz futbolçu kifayət qədər idi, ancaq xüsusilə hücumda çox şey alınmadı. 1/8 finalın İspaniya ilə oyununda David Vilyanın vurduğu yeganə qol portuqalları evə yolladı. Amma bu da var ki, Kriştianonun komandası gələcək çempiona uduzdu.

DÇ-2006: debüt mundialında 1 qol
Almaniyada keçirilən turnir 21 yaşlı hücumçu üçün ilk dünya çempionatı idi. Ronaldonun komandası qrupda Anqola (1:0), İran (2:0) və Meksikaya (2:1) qalib gələrək maksimum nəticə ilə pley-offa çıxdı. 1/8 finalda Niderlandı munumal hesabla məğlub edən pireneylilər növbəti mərhələdə İngiltərəni penalti seriyası ilə mübarizədən kənarlaşdırdılar. Portuqaliya yarımfinalda Fransaya minimal hesabla məğlub olaraq İtaliya ilə həlledici oyunda iştirak şansını itirdi. Kriştianonun komandası 3-cü yer uğrunda matçda Almaniyaya da uduzmaqla (1:3) yarışı 4-cü yerdə başa vurdu. Özü meydana çıxdığı 6 oyunda 1 qola sevindi.

Portuqalların sıralarında yüksək səviyyəli futbolçular kifayət qədər idi. Buna baxmayaraq, braziliyalı baş məşqçi Luis Felipe Skolari onlardan çempion-komanda qura bilmədi.

Yekun nəticə
Ulduz futbolçunun mundial macərasını yekunlaşdıraq. Kriştiano indiyədək bu nəhəng yarışda 5 dəfə iştirak edib, komandasına 22 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə faydalı olub. İngiltərə ilə oyundan sonrakı penalti seriyasında vurduğu qolu hesaba almasaq, pley-off mərhələsində qapıya bir dəfə də yol tapa bilməyib. Halbuki bu mərhələdə meydana çıxdığı 8 oyunun 6-da əvvəldən axıradək meydanda olub. Qapıya, demək olar ki, 30 zərbə endirib, həmin zərbələrdən 9-u “çərçivə”yə düşüb. Ronaldonun özü üçün çoxdan müəyyən etdiyi ən yüksək səviyyəni nəzərə alsaq, nəticənin çox zəif olduğunu əminliklə vurğulaya bilərik. Onun Qətərdə qrup mərhələsindən sonra əsas heyətdəki yerini itirməsi ətrafında başlayan etiraz kampaniyasının komandaya psixoloji cəhətdən mənfi təsirini də qeyd etməliyik. Hər halda, kapitan vəziyyətin belə dəyişməsinə görə gərginliyin ən yüksək səviyyəyə qalxmasına mane ola bilərdi. Nəticədə adını futbolun tarixinə böyük hərflərlə yazsa da, karyerasını ən böyük uğur olmadan başa vurmaq ehtimalını birə min artırıb!..

Paylaş:
Digər xəbərlər

İdman

3-12-2022, 19:0

Nadal Ronaldonun layihəsinə yatırım etdi

Dünya futbolu

9-08-2022, 20:0

“Ronaldonun 1000 qol vurması mümkün deyil” - Romario

Dünya futbolu

28-09-2022, 17:0

Messi Ronaldonun rekordunu təkrarladı

Dünya futbolu

25-10-2022, 18:0

Kassano: “Kriştiano Amerikaya, Çinə və ya Dubaya getməlidi”

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 231
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə