Portuqaliyalı hücumçu indiyədək rəsmi oyunlarda 815 qol vurub. Braziliya yığmasının sabiq hücumçusu Romario yaş amilinə görə onun bombardirlik bacarığını bundan sonra da göstərmək imkanını aşağı dəyərləndirir:
“Kriştiano Ronaldonun 1000 qol həddinə çatacağına inanmıram. Çünki onun yanında heç kim yoxdu. Romario yanında olsaydı... Bu dəqiqdi ki, indi hesabında 800 qol var, amma onun 37 yaşında olduğunu da unutmamalıyıq. Ronaldonun 1000 qol vurması mümkün deyil”.

