Nadal Ronaldonun layihəsinə yatırım etdi

3.12.2022 19:11 257
İdman
Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi Rafael Nadal məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə birgə Qətərdə restoran tikintisinə yatırım edib.

Football-plus.az xəbər verir ki, yeni restoram ölkənin paytaxı Dohadan azca aralı – Lusaildəki Əl-Maha adasında yerləşir.

Bu layihə Madrid, Beverli-Hillz və İbitsada da bizneslə məşğul olan “Tatel” şirkətlər qrupuna məxsusdu. O da məlumdu ki, restoran hazırda davam edən futbol üzrə dünya çempionatının startı ərəfəsində açılıb. Nadalla Ronaldonun birgə yatırımının həcmi 1 milyon dollar həcmində dəyərləndirilir.