KXDR-in dövlət televiziyası DÇ-2022 zamanı ilk dəfə Koreya yığmasının oyununu yayınlayıb.
Football-plus.az xəbər verir ki, Bu barədə “NK News” məlumat yayıb.
Mənbənin məlumatına görə, ölkənin mərkəzi televiziyası Koreyanın 1/8 finalda Braziliyaya 1:4 hesabı ilə uduzduğu matçı izləyicilərə çatdırıb. Bu, cənubi koreyalıların KXDR-in mərkəzi televiziyasının efirində nümayiş olunan yeganə oyunu olub. Bundan əvvəl DÇ-2022-nin bütün oyunları, həmçinin ABŞ və Yaponiya komandalarının iştirakı ilə keçirilən matçlar da Şimali Koreyada yayınlanıb. Qeyd edək ki, belə hallar 2014 və 2018-ci illərdə keçirilən dünya çempionatlarında yaşanmamışdı.
Məlumatda o da bildirilir ki, Şimali Koreyada matçlar bütün dünya ölkələrində olduğu kimi canlı deyil, 2-3 gündən sonra yayınlanır. Cənubi Koreyanın da matçı nəticə müəyyənləşdikdən 2-3 gün sonra efirə verilib...