Dünya çempionatının 1/4 final mərhələsinin oyunları keçirilir.
Football-plus.az xəbər verir ki, Argentina Niderlandla qarşılaşır. Matçda yeganə qolu Nahuel Molina vurub. Ona qol ötürməsini Lionel Messi verib. 35 yaşlı hücumçu pley-offlarda 5-ci assistini edib. Ona qədər Pele 4 qol ötürməsi ilə rekordçu idi.