DÇ-2022-nin 1/8 finalında İspaniya penaltilər seriyasında Mərakeşə məğlub olaraq mübarizəni dayandırdı.
Football-plus.az xəbər verir ki, dünən gecə pirineylilərin bəzi üzvləri Madridə geri dönüblər. Təqribən 10 futbolçu isə Dohada qalıb. Söhbət Jordi Alba, Marko Asensio, Dani Karvahal, Alvaro Morata, Koke, Markos Lorente, Karlos Soler, Robert Sançes, Sesar Aspilikueta və Rodridən gedir.
Adları çəkilən oyunçular ailələri ilə birgə istirahət etmək üçün Dohada qalıblar.