İspaniya yığmasında 2021/22 mövsümü üçün ən yaxşı oyunçu müəyyənləşib.
Football-plus.az xəbər verir ki, “Marca” qəzetinin sorğusunun nəticəsi Alvaro Moratanı sevindirib.
“Atletiko”nun hücumçusuna bürünc buts formasında xüsusi mükafat təqdim edilib. 29 yaşlı Morata ötən mövsüm milli komandada keçirdiyi 10 matçda 4 qol vurmuş və 1 məhsuldar ötürmə etmişdi. Onun yığmadakı ümumi göstəriciləri isə 57 oyuna və 27 qola bərabərdi.