Sesar Aspilikueta yeni mövsümə harda başlayacağı məlum olub.
İspaniyalı futbolçu “Çelsi”ni tərk edərək vətəninə qayıdacaq. 32 yaşlı müdafiəçi klubu ilə yeni müqavilə bağlamayacağı üçün azad agent statusu qazanacaq. O, artıq “Barselona” ilə anlaşıb.
Sesar yetirməsi olduğu “Osasuna”nı və vətənini 2010-cu ildə tərk etmişdi. İki il “Marsel”də oynayan müdafiəçi “Çelsi”nin şərəfini 2012-ci ildən qoruyur.