Milli komandanın 19 üzvü İtaliyanın Jesolo şəhərində rəsmi və beynəlxalq turnirdə iştirak edəcək.
Football-plus.az xəbər verir ki, Renata Ərəbli (böyüklər -61 kq) və Nicat Kərimli (21 yaşadək gənclər, -75 kq) 7-8 Dekabr tarixlərində 30-cu "Venice Cup" turnirinə qatılacaq. Yarışda 42 ölkədən 1011 karateçi və para-karateçi döyüşəcək.
9-11 Dekabrda Jesoloda Karate1 Youth League turnirinin U14 yaş qrupunda Hüseyn Sadiqov (-40 kq), Əfqan Tarverdi (-45 kq) və Nicat Məmmədrzayev (kata), 14-15 yaşlı yeniyetmələr arasında Rəsul Qasımov və Nicat Məmmədəliyev (hər ikisi -52 kq), Nəsimi Musayev, Nihat Cabbarov və Rəvan Abasov (üçü də-57 kq), Adil Mahmudov (70+ kq), həmçinin Səbinə Fərzəli və Sunay Kazımlı (hər ikisi -54 kq), Nəzrin Piriyeva isə (54+ kq) çəki dərəcəsində çıxış edəcək.
16-17 yaşlı gənclərdə İlham Əkbərov, Amin Yadigarlı və Zakir Hüseynov (üçü də -55 kq), Nihat Kazımzadə (-76 kq), qızlardan isə Oksana Nakoneçna (-59 kq) mübarizə aparacaq.