Football-plus.az xəbər verir ki, buna ölkədə koronavirus pandemiyası ilə bağlı qoyulan qadağalar səbəb olub. Belə ki, Çinin mövcud qanunvericiliyinə əsasən, COVID-19 diaqnozu qoyulan hər kəs bir neçə gün təcrid olunmuş vəziyyətdə qalmalıdı. Bu durum pilotlara və komanda əməkdaşlarına problem yarada bilər. Qurumun yaydığı açıqlamada deyilir:
“Növbəti mövsümün Çin mərhələsini əvəz etmək üçün alternativ variantları öyrənirik. Belə variant olarsa, ictimaiyyətə məlumat veriləcək”.
Çin mərhələsi gələn il aprelin 14-16-da keçirilməliydi. Şanxay 2020-dən bəri koronavitus pandemiyasına görə “Formula-1” iştirakçılarını qəbul edə bilmir. Eyni zamanda son günlərdə Çin mərhələsinin əvəzinə Portuqaliyada yarış keçirilə biləcəyi haqda da xəbərlər gəzir.

