Tyaqo Silva azarkeşlərə səslənib.
Braziliya yığmasının kapitanı dünya çempionatının Serbiya ilə bu gün keçiriləcək ilk oyunu ərəfəsində fikirlərini belə ifadə edib:
“Mundialın çətin turnir olduğunu, xüsusilə də ilk matça hazır olmağın vacibliyini bilirik. İndiyə qədər gördüyümüz işlərdən razıyıq. İşlərimiz qaydasındadı. Braziliyalı azarkeşlərə bunu deyə bilərəm: Bizə inanın və həyəcanlanmayın. Biz dünya çempionatını əla keçirməyə hazırıq. Əlbəttə, kuboku qazanmağa hələ çox var, amma onu arzulamaq olar ki, hər gün bu hisslərlə yaşayırıq”.