"Xan Lənkəran"ın prezidenti azarkeşlərə səsləndi - FOTO

25.03.2022 19:20
Aktual / Maraqlı
Martın 26 və 27-də Region Liqasında pley-off mərhələsinin oyunları keçiriləcək.

Bazar günü "Xan Lənkəran" doğma meydanda "Şirvanovka"nı qəbul edəcək. Klubun prezidenti Pərviz Hüseynov şəxsi "instaqram" hesabında azarkeşlərə səslənib.

Başqan kollektivin əvvəl geydiyi qırmızı-qara rəngli formanı futbolçuların imzası ilə azarkeşlərə təqdim edəcəklərini bildirib.



GÜNAY VƏLİYEVA