• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ayxan müəllimin bu xüsusiyyətini işlədiyi butun komandaların futbolcularından sorusa bilərsiz”

Ölkə futbolu / Manşet

22-11-2022, 13:0

Uzun fasilədən sonra elitaya qayıdan "Turan Tovuz" sərgilədiyi oyunla çoxlarının zövqünü oxşayır.

Əksəriyyət "boz qurdlar"ın autsayderlər sırasında olacağını gözləsə də, komanda hazırda 6-cı pillədə qərarlaşıb. Tovuz təmsilçisinin uğurlarında əsas pay sahiblərindən biri də kapitan Şəhriyar Əliyevdi. Dünən təcrübəli müdafiəçi ilə əlaqə saxlayıb, komandası, zədəsi və başqa mövzularla bağlı danışdıq.

- 14 tur arxada qalıb. "Turan Tovuz"un çıxışını necə qiymətləndirirsən?

- Yeni yaranan komandayıq. Oyundan-oyuna daha yaxşı olmaga calışırıq. Hər kəs əlindən gələni edir ki, daha yaxşı oyun sərgiləyib nəticələr qazanaq.

- "Şamaxı"ya qarşı çətin kubok oyununa çıxacaqsız. Şansları necə dəyərləndirərdin?

- Həqiqətən bizi ağır qarşılaşma gözləyir. "Şamaxı"nın necə oynadığını görürük. İnşallah, Tovuza yaxşı nəticəylə qayıtmaq, mərhələni keçmək istəyirik. Kubok görüşləri cempionatdan fərqlidi. Ona görə belə matçlarda diqqətli olmaq lazımdı.

- Son turda zədələnmişdin, hazırda vəziyyət necədi?

- Şükür, müalicə bitib, artıq komanda ilə məşqlərə başlamışam. Hər şey qaydasındadı.

- Qış fasiləsinə kimi qarşınıza hansı hədəf qoyulub?

- Mövsümün əvvəlində, komanda yığışanda qarşımıza hansısa yerlər uğrunda mübarizə aparmaq qoyulmayıb. Əsas hədəflər yaxşı komanda formalaşdırmaq, oyun planında “artırmaq” və uğurlu nəticələr qazanmaqdı. İkinci dövrənin sonuna kimi daha cox xal qazanmaq istəyirik.

- Tovuz şəhər stadionu süni örtüklüdü. Bu sənin və komanda yoldaşlarının işini çətinləşdirmir?

- Düzünü desək, süni meydanda oynayanda çətinlik yaranır. Bizdə elədi ki, bir oyun otda, bir oyun sünidə baş tutur. Bu da futbolçuların zədələnməsinə, bərpa prosesinin gecikməsinə gətirib çıxarır. Belə olanda komanda hər oyuna sabit heyətlə çıxa bilmir.

- Yayda daha yaxşı təkliflərin olmasına baxmayaraq, daha aşağı maaşla "Turan Tovuz"u seçdin. Səbəb nə idi?

- Mövsümün sonunda yaxşı təkliflər vardı. Amma fikrimcə, özünü xoşbəxt hiss edəcəyin, daim diqqət görəcəyin komandanı seçməlisən. Yəni uyğunlaşma, kollektiv, baş məşqçi amili böyük rol oynayır. Bura gəlməmiş Ayxan müəllimlə danışdıq və ondan sonra Tovuz təmsilçisində oynamağa razılıq verdim.

- Tovuz azarkeşləri və futbolçular Ayxan Abbasovu çox istəyir. Onu başqa məşqçilərdən fərqləndirən nədi?

- Ən əsas fərq həmişə futbolcusunun yanında olmasıdı. Düşünürəm ki, bu boyuk amildi. Ayxan müəllimin bu xüsusiyyətini işlədiyi butun komandaların futbolcularından sorusa bilərsiz. Çox sey sadalamaq olar, mənə görə ən əsas olanı dedim.

- "Turan Tovuz"un azarkeşlərinə nə deyərdin?

- Tək oyunlarımıza yox, həm də məşqlərimizə belə təşrif buyuran, inanan, dəstək olan bütün azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onların tribunalardakı şüarları, dəstəyi sayəsində uğurlar qazanmışıq

- Yığmamız son iki yoxlama matçında da uğurlu çıxış etməklə ardıcıl 5-ci qələbəsini qazandı…

- Milli komanda qələbə qazananda hər kəs sevinir. Şükürlər olsun, son 5 oyunda 5 qələbəmiz oldu. Hər zəfər millidə inamı daha da artırır. Qarşıdan seçmə mərhələ gəlir. Çox çətin qurupa düşmüşük. Amma mübarizə aparmalı, sona kimi döyüşməliyik. İnşallah, qələbələrin davamı gələr.

- Milli üzvü olsan da, son toplanışa dəvət almadın. Buna münasibətin?

- Hər kəs istəyir millidə oynasın. Bizim işimiz məsq edib ideal formada olmaq və oyunlarda yaxşı cıxışla baş məşqiçinin diqqətini çəkməkdi. Yəni çağrılmamışamsa, deməli, daha artıq işləməli, yaxsi performans sərgiləməliyəm.

- Əsas millidən fərqli U-21-in vəziyyəti ürəkaçan deyil. Son iki oyunda uduzduq, ümumilikdə 11 qol buraxıb, cəmi birini vurduq. Bu haqda nə deyə bilərsən?

- Səhv etmirəmsə, U-21-in bəzi üzvləri əsas komandada idi. Bu haqda baş məşqçiləri düşünür. İnanıram ki, gələcəkdə daha yaxşı olacaq.

- Dünya çempionatı start götürüb. Hansı komandaları daha şanslı sayırsan?

- Qətərlə vaxtilə yoldaşlıq görüşümüz olmuşdu deyə, onların oyunu maraqli gəlirdi. Amma həmişə ispanlara azarkeşlik etmişəm. Futbolçulardan isə Messinin fanatıyam. Onun son dunya cempionatı olduğunu nəzərə alsaq, Argentinanın cempionluğunu görmək istəyərdim. Finalda Braziliya - Argentina qarşılaşması baş tutsa, ürəyimcə olar.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

4-11-2022, 16:0

"Şamaxı" Tovuz səfərindən 3 qollu qələbə ilə dönür - YENİLƏNİB

Ölkə futbolu

30-06-2022, 16:0

Amil Yunanovun “Turan Tovuz”dan imtinasının səbəbi – ÖZÜ AÇIQLADI

Premyer-liqa

3-09-2022, 21:0

"Turan Tovuz" "Şamaxı"ya belə qalib gəldi - VİDEO

Ölkə futbolu

12-07-2022, 19:0

"Turan Tovuz" ilk yoxlama oyununu bu kluba qarşı keçirəcək

Ölkə futbolu / Manşet

29-05-2022, 21:0

“Turan Tovuz” premyer-liqaya harda hazırlaşacaq ? – ÖZƏL

Premyer-liqa / Manşet

21-05-2022, 14:0

"Turan Tovuz" "Şamaxı"nın futbolçusunu istəyir - ÖZƏL

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 113
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə