Bunlardan biri də hücumçu Amil Yunanov idi. Əslən Tovuzdan olan futbolçu daha öncə saytımıza açıqlamasında “Turan Tovuz”un yenidən elitaya qayıtmasına çox sevindiyini demişdi. Tovuz təmsilçisinin onun üçün doğma olduğunu bildirən hücumçu bu komandaya keçməyi düşünürdü.
Lakin görünən odu ki, onun bu istəyi baş tutmayıb. Çünki yenidən “Şamaxı”ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Görəsən, Amil Yunanovun “Turan Tovuz”a keçidinin reallaşmamasının səbəbi nədi? Futbolçu növbəti mövsüm hansı komandada çıxış edəcək? Bu suallara cavab tapmaq üçün onunla əlaqə saxladıq. 29 yaşlı futbolçunun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Heç bir problem olmadı. Sadəcə, “Şamaxı”dan təklif gəldi. Düzdü, “Turan Tovuz”la danışmışdım, amma müqavilə bağlamamışdıq. Cavid Hüseynov “Şamaxı”ya baş məşqçi gələndən sonra zəng edib, “səni komandada görmək istəyirəm” dedi. Mən də bununla bağlı “Turan Tovuz”la, Ayxan müəllimlə söhbət etdim. O da normal qarşıladı. Amma “Turan Tovuz”a keçidin baş tutmamasının səbəbini tam demək istəmirəm. “Şamaxı”nın şərtləri daha uyğun oldu. İnşallah, sabahdan məşqlərə başlayıram. Yəqin ki, tezliklə rəsmi müqavilə də bağlanacaq”.
ŞAİR ABDULLA






