• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığma tarixi qələbə seriyasını Skopyedə də davam etdirdi!

Ölkə futbolu / Manşet

22-11-2022, 12:0

Millimiz Moldovadan sonra Şimali Makedoniyanı Skopyedə məğlub edərək ikinci yoldaşlıq görüşündə uğurlu nəticə qazanmağı bacardı.

Etiraf edək ki, yığma üçün nəticə baxımından belə “şah gedişi” nadir haldı. Bununla Canni de Byazinin çalışdırdığı komanda qələbə seriyasını 5-ə çatdırdı ki, bu da tarixi göstrəcidi. Bəli, son iki qarşılaşma heç bir turnir əhəmiyyəti olmayan, sadəcə, yoxlama görüşüdü. Amma FİFA reytinqində onlar nəzərə alınır, belə nəticələrin futbolçulara psixoloji cəhətdən müsbət təsirini isə vurğulamaq artıqdı.

Skopyedəki matç maraqlı alındı. İlk dəqiqələrdən hər iki komanda üstünlüyü ələ almağa çalışırdı. Ancaq oyunun startı meydan sahiblərinin tərəfində oldu. Alekseyin nataraz hərəkəti hakim tərəfindən penalti kimi dəyərləndirildi və topun arxasına keçən Elmas 25-ci dəqiqədə komandasını hesabda önə keçirdi. Ola bilsin, hakimin qərarı bir qədər mübahisə doğura bilər. Ancaq olan olmuşdu. Ümumiyyətlə, ədalət təmsilçisinin bəzi qərarları təəccüb doğurdu ki, oyunun gedişində bundan ən çox zəiyyət çəkən qonaqlar idi.

Birinci hissənin ortalarına qədər yığmanın əsas problemi orta xətdə idi. Almeyda – Mahmudov - İsayev “üçlüy”ü istər oyun planında, istərsə də ötürmələrdə xeyli səhvə yol verir, komandanın müdafiədən hücuma keçidini qura bilmirdilər. Halbuki Kişinyovdakı matçda rəqib üzərində üstünlüyümüz məhz ikinci zonanı tez keçməyimizdə idi.

Hər nə qədər qəribə səslənsə də, rəqibin hesabı açması komandamızın xeyrinə oldu. Hesabda geri düşən milli toparlandı və tempi artıran De Byazinin yetirmələri rəngarəng hücumlar sayəsində rəqibin cərimə meydançasının ətrafında daha çox görünməyə başladı. Moldova ilə oyunda olduğu kimi, Skopyedə də yığmanın sol cinahı daha fəal təsir bağışlayırdı. Həm Elvin Cəfərquliyev, həm də Ramil Şeydayev, demək olar, bütün hücumlarda iştirak edirdi. Təəccüblü deyil ki, 13 dəqiqədən sonra məhz Elvin tarazlığı bərpa edə bildi. Sol cinah müdafiəçisinin o qədər də güclü olmayan, ancaq uzaq küncə yönələn zərbəsindən sonra meydan sahibləri mərkəzə dəvət olundu.

Fasilədən sonra De Byazinin yetirmələri oyuna daha sürətli başladı və ikinci hissənin startından 6 dəqiqə sonra rəqib azlıqda qaldı: Boban Nikolov qarşısında ikinci sarı vərəqəni gördü. Rəqibin azlıqda qaldığını görən qonaqlar təzyiqi bir qədər də artırdı. Və bunun məntiqi nəticəsi kimi yığma hesabda önə çıxdı. Emin Mahmudovun ötürməsini Musa Qurbanlı dəqiq qapadı. Bu həm də “Qarabağ”ın hücumçusunun ölkənin əsas komandasında ilk qolu idi. Amma 10 dəqiqə sonra hakim Höccət Haqverdiyə gülməli, heç bir əsası olmayan “qırmızı” göstərdi. İkili mübarizə zamanı müdafiəçi rəqibin ayağını tapdalamışdı ki, bu da ən pis halda “sarı” idi. Görünür, albaniyalı referi meydanda qüvvələr balansını bərabərləşdirmək niyyətində idi və buna görə də özündən “qırmızı” uydurdu. Lakin bu qərar da millinin oyununa mənfi təsir göstərmədi və 89-cü dəqiqədə Şeydayev komandasının hücumunu gözəl şəkildə tamamlayaraq matçda son nöqtəni qoydu.

Skopyedəki qələbə komandadakı ab-hava və gələcək matçlar üçün əhval-ruhiyyə baxımından önəmlidi. Amma diqqətçəkən məqam ondan ibarətdi ki, bu qələbə bir neçə gün əvvəl Moldova üzərində qazanılan zəfərdən çox fərqli idi. Məsələn, Kişinyovda ilk hissədə olan yığmanı ikinci matçda görə bilmədik. Moldova paytaxtında komanda ilk dəqiqələrdən dominant futbol nümayiş etdirdisə, Şimali Makedoniyada bir qədər ehtiyatlı oyuna şahidlik etdik. Əvəzində De Byazi daha sabit və balanslı oyun nümayiş etdirən komanda işi ortaya qoydu. Nəzərə alsaq ki, ikinci rəqib əvvəlkindən daha ciddi və səviyyəli idi, belə oyunu və nəticəni irəli addım kimi dəyərləndirmək mümükündü.

Bəli, Şimali Makedoniya son vaxtlar sabit görünməsə də, etiraf edək ki, yığmamızla müqayisədə daha güclüdü. Heyətində fərdi ustalıq səviyyəsi yüksək olan Elif Elmas, Enis Bardi və İliya Nestorovski kimi çox ciddi adlar var. Beləliklə, son nəticələrə və göstərilən oyuna əsaslanaraq deyə bilərik ki, milli komanda düzgün yola qədəm qoyub və düzgün istiqamətdə gedir. Bu irəliləyişi daha da davam etdirə bilsək, AÇ-2024-ün seçmə mərhələsində müəyyən uğurlu nəticələr gözləmək olar.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Yığma

7-06-2022, 21:0

“Biz sanki FİFA reytinqində 129-cu olan yığma ilə yox...”

İdman

16-11-2022, 20:0

Malkin 450-ci dəfə fərqləndi

Yığma / Manşet

20-11-2022, 18:0

Millimizdən ardıcıl 5-ci qalibiyyət! - YENİLƏNİB

Yığma / Manşet

20-11-2022, 19:0

"Seçmə oyunlardan əvvəl bizim üçün vacib test oldu"

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 113
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə