“Azərbaycanlılar Qazaxıstandan uçub gəlməklə Belarus yığmasını ötüb keçdilər”.
Bu sərlövhə Belarusun idman saytı "preesball.by"ya məxsusdu. Belarus - Azərbaycan matçı ilə bağlı geniş təhlil yazısından maraqlı hissəni diqqətinizə çatdırırıq:
"Azərbaycan yığması Slovakiya deyil. Reytinqlə qiymətləndirsək, onlar heç Belarus yığması da deyil. Biz FİFA reytinqində 93-cü olduğumuz təqdirdə, rəqib 129-cu pillədə qərarlaşıb. Canni de Byazinin komandası rəsmi oyunların heç birində qələbə qazana bilməyib. Ümumilikdə komanda 12 oyundu qələbəyə həsrətdi. Məsələyə real yanaşsaq, Azərbaycan millisinin uğursuzluğu bizdən də çoxdu. Belə ki, bu yığma az qol vurmaqla yanaşı, çox top buraxır. Belə komandaya qarşı niyə hücum futbolu oynamayasan? Lakin matçın əvvəlindən başlayaraq, azərbaycanlılar sürət və texniki cəhətdən bizdən üstün idi. Onlar müdafiəmizin cinahı ilə mərkəzi arasındakı boşluqlardan yaxşı istifadə edirdilər. Azərbaycanlılar hətta 1-ci hissədə qol da vurdu. Sadəcə, oyundankənar vəziyyətin qeydə alınması bizi xilas etdi. Biz sanki FİFA reytinqində 129-cu olan yığma ilə yox, Slovakiya ilə matçın 3-cü hissəsini keçirirdik”.
ABDULLA İSMAYILOĞLU