Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi açıqlama verib.
"Football-plus.az" xəbər verir ki, "Mundo Deportivo"ya danışan 35 yaşlı hücumçu gələcək planlarından söz açıb:
“Mən futbolu sevirəm, sadəcə oynamağı və əylənməyi sevirəm. Bütün həyatım boyu etdiyim yeganə şey futbol oynamaqdı. Əminəm ki, futbolçu karyeramı başa vurduqdan sonra həyatım da bu oyunla bağlı olacaq. Uzun müddət oynayacağımı düşünmürəm”.