Edin Ceko “İnter”dəki vəziyyətindən məmnundu.
"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu İtaliya klubunun rəhbərliyinə mesaj göndərib. O, müqaviləsini yeniləmək istəyir:
“Müqaviləmin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. Burda daha uzun müddət qalmaq istəyirəm. “İnter”dəki çıxışımı davam etdirmək arzusundayam. Bu klubda hər şey xoşuma gəlir. Baxarıq, görək bir neçə aydan sonrakı vəziyyət necə olacaq”.