Messi seriala çəkildi

9.06.2022 10:30 667
Dünya futbolu
Argentina millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi serialda rol alıb.

"Football-plus.az" "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Latın Amerikasının "Müdafiəçilər" serialının çəkilişlərində iştirak edib.

Forvard serialın ikinci mövsümündə epizodik rolda çəkilib. Bu səhnə 2023-cü ildə efirə çıxacaq.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından PSJ-yə keçib. Argentina yığmasının bombardiri olan oyunçu milli komanda forması ilə 162 matçda 86 qolla yadda qalıb.