• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Əliyar xəbər tutan kimi “vatsap” qrupuna ÇL-in himnini qoydu”

Ölkə futbolu / Manşet

13-11-2022, 21:0

Noyabrın 3-də hər birimizin diqqəti Danimarkanın paytaxtına yönəlmişdi.

İlk baxışdan Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilən “Kopenhagen” – “Borussiya” (D) oyunu ciddi əhəmiyyət kəsb etmirdi. Amma hamının da bildiyi kimi, bizlər üçün bu oyuna marağı birəbeş artıran ciddi bir məqam var idi. Müstəqillik dönəmində ilk dəfə azərbaycanlı hakimlər briqadası ÇL-in qrup mərhələsinin matçına təyinat almışdı. Baş hakim Əliyar Ağayev və onun köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəlinin performansını ekran başında böyük fəxrlə izlədik. Belə tarixi məqamdan sonra biz Zeynal Zeynalovla söhbətləşmək qərarına gəldik. Zeynalla həm də hərbi xidmətdə bir yerdə olmuşuq və bir-birimizi uzun illərdi tanıyırıq. Bu məqamı da müsahibədən öncə sizə xatırlatmağı lazım bildim.

“Səhər saat 8-dən günorta saat 1-2-yə qədər oyun idarə edirdik”

- Ümumiyyətlə, hakimliyə maraq səndə hardan və neçə yaşda yaranıb?
- Məndə hakimliyə maraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kursunda oxuyarkən yaranmağa başladı. Həmin vaxt sabiq hakim Rüstəm Rəhimov tələbələrə hakimliklə bağlı müxtəlif seminarlar təşkil edirdi. Mən də o seminarlara getməklə bu sahəyə maraq göstərməyə başladım.

- Hakimlik çox çətin və məsuliyyətli sahə sayılır. Çünki hakimlər daim gündəmdədi, hər addımları müzakirə olunur, təzyiq altına düşürlər. Bu sahəni seçdiyinə görə peşman deyilsən?
- Xeyr. Əslində uşaq vaxtı peşəkar futbolçu olmaq arzusundaydım. Bu arzuma çata bilməsəm də, özümü heç cür futboldan kənar bir sahədə təsəvvür edə bilmirdim. Ona görə hakimliyi seçdiyimə görə heç vaxt peşman olmamışam.

- Biz səninlə eyni hərbi hissədə qulluq eləmişik. Düzdü, hələ o vaxtdan hiss olunurdu ki, hərbi xidmətdən sonra hakimliyə ciddi başlamaq niyyətin var. Amma yenə də bu işdə uğur qazanıb-qazanmayacağın dəqiq bilinmirdi. Nə vaxt başa düşdün ki, artıq birdəfəlik bu işlə məşğul olacaqsan və sənə ən çox kömək göstərən kim oldu?
- Bəli, mən hərbi xidmətə getməmiş, təxminən 2 ilə yaxın artıq uşaq liqalarında oyun idarə edirdim. Ona görə də qərara gəldim ki, xidmətdən qayıtdıqdan sonra da mütləq bu işi davam etdirməliyəm. Heç vaxt yadımdan çıxmaz, o vaxt Bakı birinciliyini idarə edirdik. Elə olurdu ki, ardıcıl 4 oyuna çıxırdıq. İndi təsəvvür et ki, səhər saat 8-dən günorta saat 1-2-yə qədər günün istisi bizi hansı vəziyyətə salırdı. Hətta gördüyümüz işin çətinliyindən bir neçə dəfə Yaşar Abbasova (sabiq FİFA köməkçi hakimi – Ə.R.) gileylənmişdim. Amma o, həmişə məni həvəsləndirməyə, motivasiya verməyə çalışırdı. “Vaxt gələcək Azərbaycan çempionatının oyunlarına təyinat alacaqsız” deyirdi. Əziyyətimiz hədər getmədi və sonradan sanki Allah bizim dualarımızı eşitdi. 2008-09-cu illərdə Hakimlər Komitəsində köklü dəyişikliklər baş verməyə başladı. Hiss olunurdu ki, artıq gənclərə böyük dəstək verilir. Bu baxımdan mənə ən böyük dəstəyi Xəqani Məmmədov vermişdi. Böyük futbolda 2009-cu ildə ilk dəfə kubokda debüt etdim.

“Bu təyinatı əvvəlki illərdə də gözləyirdik”

- Əliyar Ağayev də sənin kimi Hövsan qəsəbəsində böyüyüb. Tanışlığınız necə olub? Onu əvvəldən tanıyırdın?
- Bəli, Əliyar da Hövsanda böyüyüb. Eyni məktəbi bitirmişik. Məndən iki yaş kiçikdi. Elə o vaxtdan çox sakit təbiətli olub. Məktəb vaxtı çox da əlaqəmiz olmayıb. Amma bilirəm ki, çox ağıllı və yaxşı oxuyan olub. Düzdü, indi köçüb və şəhərin mərkəzinə yaxın yerdə yaşayır. Amma hərdən gəlib burda da qalır.

- Az öncə 2009-cu ildə debüt etdiyini dedin. Söhbət həmin il ölkə kubokunun 1/8 finalında keçirilən “Simurq” – “Gəncə” (2:0) oyunundan gedir. 2011-ci ildə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Tromsö” – “Dauqava” oyunu (2:1) ilə avrokuboklarda debüt etdin. 11 ildən sonra isə ÇL-in qrup mərhələsinin oyununa təyinat aldın. Əvvəlcə belə bir sual sual verim ki, bu təyinatı gözləyirdizmi? Bu il ÇL-in qrupuna təyinat almaq ümidiniz var idi?
- Təbii ki, gözləyirdik! Hətta bir qədər gec oldu. Əvvəlki illərdə də ÇL-ə təyinat almaq ümidimiz böyük idi. Çünki həmişə çalışırdıq, Avropa arenasında potensialımızın maksimumunu ortaya qoyaq və bizə göstərilən etimadı doğruldaq. Şükürlər olsun ki, bu bizdə alınırdı. Görünür, qismət bu il imiş və bu il də təyinat aldıq. Düşünürəm ki, Azərbaycan hakimliyində həqiqətən də yeni bir səhifə aça bildik.

- Təyinatı ilk dəfə eşidəndə necə qarşıladın? Reaksiyan necə oldu?
- Düzünü desəm, bizim bir “vatsap” qrupumuz var. Əliyar bu barədə xəbər tutan kimi ora Çempionlar Liqasının himnini qoydu. Sonra birinci mən yazdım ki, yuxu görürəm, yoxsa reallıqdı? O da yubatmadan “Allaha Şükür, bu yuxu deyil, reallıqdı” yazdı. Həmin an həqiqətən də çox təsirləndim və gözüm yaşardı.

- Düzdü, ciddi səhvi olmasa da, televizordan oyunu izləyəndə sanki Əliyar bir qədər həyəcanlı görünürdü. Bəs sən həyəcan, təzyiq hiss edirdin? Yoxsa bu sənin üçün elə başqalarına bənzəyən adi oyun oldu?
- Təbii ki, həyəcan var idi. Bəxtimizdən oyun asan keçdi. Amma səviyyə fərqi, bu qarşılaşmanın bizim idarə etdiyimiz digər oyunlardan fərqləndiyi dərhal hiss olunurdu. Tam başqa hisslər keçirdik. Sən demə, futbolu belə oynayırmışlar (gülür).

“Son AÇ-də də belə səhv gördük”

- Bu təyinatı müstəqillik dönəmində Azərbaycan hakimliyinin zirvə nöqtəsi saymaq olar. Amma avrokubokların pley-offunda, yəni qrupdan sonrakı mərhələlərdə keçirilən qarşılaşmalara azərbaycanlı hakimlər heç vaxt təyinat almayıb. Sizin artıq ÇL-in qrup matçını idarə etdiyinizi nəzərə alsaq, heç olmasa, Konfrans Liqasının pley-offuna təyinat almaq şansınız varmı?
- Bəli, bu bir qapı idi ki, biz ilk dəfə onu aça bildik. Dəqiq bir söz deyə bilmərəm, amma qarşıda bizi böyük ehtimalla pley-off oyunlarına da təyin edə bilərlər.

- İndiyə qədər təxminən neçə şəhərdə olmusan? Onların arasında ən çox bəyəndiyin şəhər hansı olub və nəyə görə?
- Allaha hər halıma görə şükür edirəm ki, mənə çox yerləri gəzməyi nəsib edib. Avropanın tək-tük ölkələri var ki, hələ orda olmamışam. Ən çox yadda qalanlardan biri Norveçin Tromsö şəhəri idi. Çünki işıqlı gecəni ilk dəfə orda müşahidə etdim. Afrika qitəsindən Misirin paytaxtı Qahirə şəhərində piramidaları canlı görmək, sadəcə, möhtəşəm idi. Gözoxşayan bir mənzərə idi. Farer adaları da gözəl yerdi. Dağlardan axan şəlalələr, tam fərqli üslubda tikilən evlər zövqverici idi.

- Premyer-liqanın 11-ci turunda “Səbail” – “Şamaxı” oyununda İnqilab Məmmədovun köməkçisi Cavanşir Yusifovun aut zamanı bayrağı qaldırıb ofsayd verməsi çox müzakirələrə səbəb oldu. Sən bu epizod haqda nə düşünürsən?
- Hakim də insandı və gəlin, ən birincisi, bunu unutmayaq. Bu səhvi onun ani şəkildə konsentrasiyanı itirməsi ilə izah etmək olar. Ona görə də məncə, qaydaları bilməməsi kimi replikalar çox yersizdi. Heç bir hakim bu cür səhvdən “sığortalanmayıb”. Axı biz son Avropa çempionatında da belə səhv gördük. Yan xətt hakimi künc zərbəsindən sonra ofsayd verdi və baş hakim də buna görə sərbəst zərbə təyin etdi!

“Bunun bizim üçün o qədər də prinsipial fərqi yoxdu”

- Məncə, futbolun əsas bəlası əllə oyundu. Əllə oyuna görə təyin olunan penaltilər həmişə söz-söhbətə səbəb olur. Çünki hakimlər standartı yaxalaya bilmir. İki bənzər epizodda bir hakim penalti verirsə, digəri vermir. Sənin bu mövzuda firkin necədi?
- Bəli, çox gözəl izah verdin. Futbolda bəlkə də ən çox dəyişən qaydalardan biri elə bu əl mövzusudu. Həqiqətən də əllə oyun epizodları futbolda ən çox müzakirə olunan mövzudu.

- Yunanıstan çempionatında da bir neçə dəfə ən vacib oyunlara təyinat almısız. Yunanıstan çempionatı ilə Azərbaycan çempionatı arasında səviyyə fərqi nə qədərdi?
- Yunanıstan çempionatının da digərləri kimi özünəməxsus səviyyəsi var. Bizim üçün əsas odu ki, ora dəvət almaqla çox gözəl təcrübə yaşayırıq. Çünki hakim nə qədər çox fərqli ölkələrin, “məktəblərin” klublarının oyunlarını idarə etsə, bir o qədər də püxtələşər.

- Sentyabrın sonlarında uzun illər Cüneyt Çakırın köməkçiləri olmuş və bu yay karyerasını başa vurmuş Bahattin Duranla Tarık Onqun Azərbaycana səfər etdi. Onların gəlişinin məqsədi nə idi?
- Bəli, ikigünlük seminar üçün gəlmişdilər. Həm nəzəri, həm də prakitiki məşğələ keçdik. Bizə dəyərli məsləhətlərini verdilər. Müəyyən fakir mübadiləsi apardıq. Maraqlı seminar alındı.

- Uşaqlıqdan hansı kluba azarkeşlik edirsən? Hansı çempionat sənə daha çox maraqlı gəlir?
- Azarkeşlik etdiyim klub yoxdu. Yiğmalar arasında isə həmişə Argentinaya azarkeşlik etmişəm. Çempionatlardan da, təbii ki, İngiltərə pemyer-liqasını fərqləndirərdim.

- Nə vaxtsa DÇ və ya AÇ-nin final mərhələsində azərbaycanlı hakimlər briqadasını görə biləcəyikmi?
- İnşallah. Bunu zaman göstərəcək. Təbii ki, bunun baş verməsini çox istərdik.

- Hakimlər Komitəsinə uzun illərdi əcnəbilər başçılıq edir. Bunun hakimliyimizə faydası dəyirmi? Yoxsa komitə sədri elə yerli olmalıdı?
- Sözün açığı, bunun bizim üçün o qədər də prinsipial fərqi yoxdu. Hər bir komitə sədrinin fərqli yanaşmaları olur. Biz, sadəcə, üzərimizə düşəni etməyə çalışırıq. Amma biz də istəyirik ki, o vəzifədə oturanın Azərbaycan hakimliyinə müəyyən faydası dəysin.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

31-10-2022, 12:0

Azərbaycanlı hakim Çempionlar Liqasının qrup oyununa təyinat aldı

Ölkə futbolu / Manşet

4-11-2022, 21:0

Atası Əliyar Ağayevi AÇ və DÇ-nin final mərhələsində görmək istəyir - AÇIQLAMA

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 175
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə