FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
"Football-plus.az" AFFA-ya istinadən xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində noyabrın 3-də keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Ağayev karyerası ərzində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb.