• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Alsu Bayramova: “Təəssüf ki, uşaqlar seçim qarşısında qalır: ya idman, ya da təhsil...” – LAYİHƏ

Layihə / Manşet

6-11-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu dəfəki müsahibimiz futbolçu yox, üzgüçüdü. Alsu Bayramova Rusiyada doğulsa da, Azərbaycanı təmsil etmək üçün vətənə qayıdıb. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları onun üçün xüsusiylə uğurlu alınıb. 4x100 metr məsafəyə yarışlarda Aslu Bayramova həm sərbəst, həm də kompleks üsulla üzmədə bürünc medal qazanıb. Onunla söhbətimiz xeyli maraqlı aldındı.



- Alsu xanım, əvvəlcə özünüz haqqında məlumat verin. Üzgüçülüklə məşğul olmağa necə başladız? İlk məşqlərinizi harda keçirdiz? Ümumiyyətlə, üzgüçülüyə maraq necə yarandı?
- Sizi və oxucularınızı salamlayıram. Özüm haqda onu deyə bilərəm ki, mən Alsuyam. Rusiya və Azərbaycanın idman ustasıyam. Azərbaycanın üzgüçülük üzrə yığma komandasının üzvüyəm. Bu idman növüylə 15 ildən çoxdu ki, məşğul oluram. İlk dəfə Moksvada, cəmi 4 yaşım olanda üzməyə başlamışam. “Medvedkova” adına idman kompleksində hovuzla tanış olmuşam. Mənə qədər böyük qardaşım üzgüçülüklə məşğul olurdu. Demək olar ki, mən onun iziylə üzgüçülüyə yönəldim. Özü də hər şey təsadüfən alındı. Mən evdə qardaşım olmayanda darıxırdım, onu görmək istəyirdim. Beləcə qardaşıma qoşulub üzgüçülüyə yollandım.

- Yaxşı üzməyi bacarmaq üçün insanda hansı keyfiyyətlər olmalıdı? Əsasən nəyə diqqət yetirmək lazımdı?
- Çoxları düşünür ki, idmançı mütləq fiziki cəhətdən güclü olmalıdı. Amma mən sizi əmin edə bilərəm ki, əvvəlcə xarakterin və daxili gücün olmalıdı. Bəli, fiziki güc, boyun hündür olması, əllərin və ayaqların uzunluğu üzgüçülükdə vacib məqamlardı. Sənin döyüşçü ruhun, mübarizə həvəsin yoxdusa, heç nə alınmayacaq. Uğur qazanmaq üçün məşqlərə can yandırmalısan. Bu da böyük həvəs, səbr tələb edir. Üzdükcə texnikanı öyrənirsən, daha yaxşı üzməyə başlayırsan. Fiziki baxımdan boy üzgüçülükdə böyük rol oynayır. Təsəvvür edin, uzun boylu və qolları uzun olan idmançı bir hərəkətlə böyük məsafə qət edəcək, amma qolları qısa olan digər idmançı bunun üçün iki dəfə cəhd göstərməlidi. Yəni ki, qolları uzun olan bir təkanla daha çox məsafəni qət edə biləcək. Buna görə də uzgüçülükdə boyu vacib hesab edirəm. Bəli, qısaboylular da hovuzda uğur qazana bilirlər. Yəqin, siz də şahid olmusuz. Amma heç şübhəsiz ki, onlar boylarından itirdiklərini kompensasiya etmək üçün daha çox zəhmət çəkməli olurlar. Lakin üzgüçülükdə uğur qazananların mütləq əksəriyyəti ucaboylulardı. Genetikanı da dəyişdirmək mümkün deyil. Bu acı fakta məğlub olmamaq üçün məşqlərdə ikiqat əzmlə çalışmalısan. Onda uğur qazana bilərsən.

Alsu Bayramova: “Təəssüf ki, uşaqlar seçim qarşısında qalır: ya idman, ya da təhsil...”


- Üzgüçülükdə hansı uğurlar qazanmısız? Bundan sonrakı hədəfləriniz hansılardı?
- Qeyd etdiyim kimi, Azərbaycanın və Rusiyanın idman ustası adını qazanmışam. Eyni zamanda 200 metr məsafəyə baterflyay üsulu ilə üzmədə Azərbaycan rekordçusuyam. Azərbaycan çempionatının dəfələrlə qalibi olmuşam. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında iki bürünc medal qazanmışam. Dünya və Avropa çempionatında Azərbaycanı təmsil etmişəm. Rusiyada yaşayarkən Moskva şəhərinin yığma komandasının üzvü idim. Rusiya çempionatında və Moskvada keçirilən mütxəlif turnirlərdə mükafatlar qazanmışam. İndi karyeramı bitirmişəm, amma respublika çempionatlarında iştirak edirəm, çalışıram ki, göstəricilərimi yaxşılaşdırım. Məqsədim də idman formamı qorumaqdı.

- Məşqçi kimi fəaliyyət göstərib, uşaqlara üzgüçülüyün sirlərini öyrədirsizmi, gələcəkdə belə bir arzunuz varmı?
- Hal-hazırda məşqçi kimi çalışıram. İstəyirəm ki, öz yetirmələrimə bir çox incəlikləri öyrədim ki, onlar məndən daha çox uğur qazansınlar. Düzdü, əvvəllər düşünmürdüm ki, mən məşqçi olacam. Amma sonra özümü sınamağa qərar verdim. İndi görürəm ki, yavaş-yavaş yaxşı nəticələrə doğru gedirik.

- Azərbaycanda üzgüçülüyün inkişaf etməsi üçün nələr etməliyik? Bizdə bu sahənin hansı problemlərini müşahidə etmisiz ki, onları həll etməyimiz vacibdi?
- Bizdə üzgüçülüyün inkişafından danışırıqsa, məsələyə köklü yanaşmalıyıq. Hər şey maliyyə imkanlarından asılıdı. Rusiyada yaşayanda məşq etdiyim hovuzla oxuduğum mətkəb üzbəüz idi. Mən səhərlər məşq edirdim. Buna görə də mənim üçün çox uyğun idi. Məktəbə 3-cü dərsdə gəlirdim. Biz idmançılar üçün xüsusi cədvəl hazırlamışdılar. Dərsdən sonra axşam məşqinə gedirdim. Bakıda bu cür idman məktəbləri yoxdu ki, uşaqlara fərdi yanaşma olsun, şərait yaradılsın. Gündə iki dəfə məşq etmək çox vacibdi. Burda isə uşaqların qarşısında iki seçim dayanır. Ya oxumalısan, ya idmanla məşğul olmalısan. Hər iki sahədə risk var. Oxumaq da istəyirsən, üzmək də. Amma ikisindən birini itirirsən. Həftədə azı 11 məşq etmək lazımdı. Hovuzlar uşaqlar üçün pulsuz olmalıdı ki, hamıya əlçatan olsun. Müəyyən dərəcə tələbi qoymaq olar ki, həm də uşaqlarda motivasiya yaransın. Həmin dərəcəyə çatan uşaqlar üçün hovuza giriş, məşqlər pulsuz olsun. Belədə uşaqlar daha həvəslə çalışacaq. Valideynlər də bundan həvəslənəcək. Onlar da çalışacaqlar ki, uşaqlar daha həvəslə üzsünlər, nəticələr yaxşılaşsın və belədə onlar xərc çəkməyəcəklər. Uşaqları 5-6 yaşdan hovuzlara göndəririk, üzməyə o yaşdan başlamaq yaxşıdı. Davamlı üzdükcə də bu əlavə xərcə çevrilir. Müəyyən limitlər çərçivəsində uşaqlara hovuza giriş pulsuz olsa, yaxşı olar.



- Üzgüçülüklə məşğul olmaq istəyən qızlarımıza və onların valideynlərinə nə demək istərdiz?
- Sanki valideynlər öz uşaqlarını hovuza, üzgüçülük məşğələlərinə verməkdən çəkinirlər. Bundan qorxmaq lazım deyil. Bəziləri ehtiyat edir ki, üzgüçülüklə məşğul olan qızların çiyinləri düzgün inkişaf etməyəcək. Amma belə bir şey yoxdu. Əzələlər lazımı formasını alacaq, qollar və çiyin formaya düşəcək. Üzgüçülüklə məşğul olanların qamətləri şux olur, qızların kürəkləri heç də asılqan forması almayacaq. Gərgin məşqlər keçəndə əzələlər xüsusi forma alır, sonradan bunu qorumaq çətindi. Nə vaxt ki, məşqləri buraxırsan, onda bədən forması da ənənəvi formaya qayıdır, çünki əzələlər daimi formada qalmır. Buna görə də xarici görkəmin kobud olmasından, guya, oğlanlara bənzəməsindən narahat olmaq lazım deyil. Bir də qızların oğlanlarla məşq etməsindən narahat olurlar. Adi məktəblərdə də qızlarla oğlanlar yanaşı oxuyurlar, burda nə problem var? Bir çox idman növlərində uşaqlar birgə məşq edir. Təkcə bədii gimnastikadı ki, orda əsasən qızlar olurlar. Valideynlər düşünməsinlər ki, onların övladları məşqdə əziyyət çəkəcək, yorğun olacaq. Buna peşəkar mütəxəssislər nəzarət edirlər və yuxudan tutmuş qidalanmaya qədər hər şey qaydasına salınır.

- Son sualım təhsil və idmanın birgə davam etdirilməsiylə bağlıdı. Səhv etmirəmsə, siz Bakı Dövlət Universitetində oxuyurduz. Sizcə, idmanla peşəkar səviyyədə məşğul olmaq təhsil almağa mane olurmu?
- Təhsillə idmanı bir yerdə davam etdirmək üçün əzmkarlıq tələb olunur. İnsan qarşısına məqsəd qoymalıdı və ona çatmaq üçün çalışmalıdı. Bəli, mən universitetdə oxumuşam, deyə bilmərəm ki, əlaçı idim. Amma qiymətklərim heç də pis deyildi. Ola bilər ki, sən yuxunu qurban verim hansısa imtahana hazırlaşarsan, dərslərini oxuyasan və buna görə də məşqlərdə bir az yorğunluq hiss edilər. Kompromis hər yerdə tapmaq olar. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Bəli, ola bilərdi ki, mən “qırmızı diplom” alardım, yaxud da üzgüçülükdə daha yaxşı nəticələr qazanardım. Oxuduğun yerlə idman zalları, hovuzlar bir-birinə yaxın olmalıdı ki, yollarda vaxt və enerji itirməyəsən. Az öncə qeyd etdiyim kimi, müəyyən maneələr və çətinliklər olur, amma insan məqsədinə çatmaq üçün çalışmalıdı. Belədə uğur da gələcək.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

İdman

15-08-2022, 14:0

İdmançımız İslamiadada finala yüksəldi

İdman

30-04-2022, 10:0

Üzgüçümüz beynəlxalq turnirdə bürünc medal qazandı

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Dünən, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Dünən, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Dünən, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Dünən, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Dünən, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • 21-04-2026, 23:0
    Almeyda xəyanətlə üzləşib
  • 21-04-2026, 23:0
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • 21-04-2026, 23:0
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • 21-04-2026, 22:0
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • 21-04-2026, 22:0
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • 21-04-2026, 21:0
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
Daha çox
Oxunub: 595
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 267
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə