İdmançımız İslamiadada finala yüksəldi

15.08.2022 14:10 415
İdman
Azərbaycan üzgüçüsü Rəşad Alquliyev Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəylik Oyunlarında finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, idmançı 400 metr qarışıq üsulla üzmədə buna nail olub.

Ötən gün Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmədə gümüş medal qazanıb.