Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Benfika” “Yuventus”u 4:3 hesabı ilə məğlub etdi.
Football-plus.az xəbər verir ki, bu nəticə ilə “qoca sinyora”nın növbəti mərhələyə vəsiqə qazanmayacağı dəqiqləşmiş oldu. Görüş İtaliya təmsilçisi üçün daha bir mənfi məqama səbəb olub.
Belə ki, “Yuventus” ilk yarıda 3 qol buraxmaqla ÇL-də tarixi antirekorda imza atdı.