Fransalı müdafiəçinin təxminən 3-4 həftə futbol oynaya bilməyəcəyi məlum olub. Amma Rafael noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatında iştirak edə biləcək. Təbii ki, onun turnirə aparılmasına baş məşqçi Didye Deşam qərar verəcək. Deşamın MY-dən olan həmkarı Erik ten Haq futbolçunun xidmətindən mundiala qədər yararlana bilməyəcəyini deyib:
“Varan komanda ilə məşq etmir. O, dünya çempionatına qədər keçirəcəyimiz oyunlarda iştirak etməyəcək”.
Xatırladaq ki, Rafael artıq bir böyük turniri buraxıb: zədələndiyi üçün AÇ-2016-nın final mərhələsində oynaya bilməyib. Fransa yığması 6 il əvvəlki qitə birinciliyini gümüş mükafatçı kimi başa vurmuşdu.

