İngiltərə premyer-liqasının 13-cü turunda “Lester” “Vulverhempton”a acı aqibət yaşatdı - 0:4.
Football-plus.az xəbər verir ki, “tülkülər”in hücumçusu Vardi yaşı 30 və daha artıq olanlar üçün premyer-liqada qol sayı ilə bağlı rekordu yenilədi.
35 yaşlı forvard “Vulverhempton”la oyunda həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. O, 30 yaşını tamamlayandan sonra premyer-liqada artıq 100 qol vurub. Bu göstəricidə 2-ci yerdə Yan Rayt (93), sonrakı yerlərdə isə Alan Şirer (84), Frenk Lempard (82) və Teddi Şeringem (77) qərarlaşıb.