İngiltərə premyer-liqasının 13-cü turunda “Mançester Siti” “Brayton”u 3:1 hesabı ilə məğlub etdi.
Football-plus.az xəbər verir ki, “şəhərlilər” Qvardiolanın vaxtında çempionatda vurduğu qolların sayını 600-ə çatdırdı. Holannın 2-ci topu özünəməxsus yubileyi gerçəkləşdirdi. Buna qədər yalnız iki komanda bir məşqçinin rəhbərliyi altına minimum 600 qol vurub. Bunlar Aleks Ferqyusonun MY-si və Arsen Vengerin “Arsenal”ıdı.