• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Güldürən, düşündürən FİF - YAZI

Ölkə futbolu / Yazarlar

28-08-2022, 16:0

AFFA-nın indiyə qədər ortaya atdığı ideyaların, yaratdığı qurumların mütləq əksəriyyəti özünü doğrultmayıb.

Bunu şəxsi fantaziyam sayəsində demirəm, ortada dağlar boyda faktlar var. Klublar Komitəsini necə yaratdıqları yadımızdadı. İndi həmin komitənın varlığı ilə yoxluğu bilinmir. Yadlarına düşəndə Bakı Olimpiya Stadionunun tribunalarının altındakı zalların birində stulları düzüb, klubların nümayəndələrinin şəkillərini çəkirlər, sonra da dağlışırlar. İndiyə qədər həmin yığıncaqların heç birində ciddi təkliflər səsləndirilməyib, ortaya hansısa ağıllı fikir çıxarılmayıb. İş o yerə gəlib çatıb ki, Klublar Komitəsinə sədr seçilməyi də heç kim arzulamır. İndiki sədr Riad Rəfiyev 2019-cu ilin fevralından bu postla “görəvləndirilib”. Ondan sonra heç kim sinəsini irəli verib, bu mənasız postu tutmaq istəmir. Bu səbəbdən də “Sumqayıt”ın menecer-prezidenti Klublar Komitəsindəki kürsüsündə də toxunulmaz sayılır.

Elə Məşqçilər Komitəsində də durum eynidi. Hazırda Parisdə olan Elxan Məmmədovun bu ideyası 3-5 işsiz mütəxəssisi bir kabinetə toplayıb, onları “zərərsizləşdirmək” məqsədi daşıyırdı. Özlüyündə bu məqsədinə də çatdı. Dağdan ağır ağsaqqal mütəxəssislərimiz rahat maaş arzusuyla özlərini həmin komitəyə salmağa çalışdılar. Türkün sözü, bizim “çalışdırıcıları” arzusuna çatdıran Elxan bəy bununla da onların ağzını bağlamağa, eyni zamanda da özünə danışan ağız qazanmağa nail oldu. Ehtiyac yarananda öz sözünü onların ağzıyla dedizdirdi. İndi Elxan Məmmədov ortalıqda görünmür, heç Məşqçilər Komitəsinin üzvlərini də yada salan yoxdu. AFFA-dakı islahat dalğası bu komitəni də tezliklə vura bilər. Bəlkə onda assosiasiya qarşısında yeni “müxalifətçiləri” sabiq “komitəçilər”in simasında görəcək.

Elxan Məmmədov Parisə yollanmazdan az əvvəl son “kozırlarından” birini paylaşdı. Ortaya Futbolun İnkişaf Fondu, qısa adı FİF olan ideya atıldı. Təsəvvür edin, bu ilin fevralından FİF ideyası ətrafında təbliğat-reklam kampaniyasına start verilib. Ötən yarım ildə bu fond özünün onlayn ianə platformasını, yəni saytını ortaya qoya bilməyib. Nə vaxt soruşurlar, deyirlər ki, sayt hazırlanır. Bu müddət ərzində Azərbaycanda yüzlərlə onlayn platforma, ondan daha artıq sayt hazırlanıb. Özünə sayt hazırlaya bilməyən fond peşəkar klublara sponsoru hardan tapacaq? Daha bir maraqlı məqama baxaq. Fevralda iddia olunurdu ki, FİF klublarla sponsorlar arasında vasitəçi olacaq, hər region üçün ayrıca pul toplanacaq. Özü də söhbət milyonlardan gedirdi. İndi ortaya nə çıxıb? “Turan Tovuz” üçün 100 min manat toplayıb, kluba avtobus almaq. Bununla həm də Tovuz klubuna “ayı xidməti” göstərilib, məlum olub ki, AFFA-nın tez-tələsik premyer-liqaya buraxdığı klubun heç avtobusu yox imiş. FİF-in “Kəpəz”ə soyuq münasibət göstərməsiylə bağlı Gəncə klubunun rəsmilərinin narazılığı ilə bu yaxınlarda elə qəzetimizin səhifələrində tanış olmuşduz.

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin adından başladılan bir kampaniya var. Eynilə türkiyəli futbolçular Okan Burukla Əmrə Bələzoğlunun siyasi təbliğat vasitəsi kimi istifadə olunduğu “sən də varmısın” kampaniyasını xatırladır. Bu dəfə Şəhriyarın adıyla müxtəlif tanınmış şəxslər “Turan Tovuz” üçün avtobus alınması kampaniyasına ianə etməyə çağrılır. Deməli, Şəhriyar sosial şəbəkədən FİF-in rəhbəri Tural Piriyevin də adını işarələyib, estafeti 5 nəfərə ötürmüşdü. Tural bəy də öz növbəsində ödəniş edib, növbəti 5 şəxsin adını işarələyib. Həmin şəxslərdən biri də tovuzlu millət vəkili Qənirə Paşayevadı. Elə ən acınacaqlısı budu ki, tovuzlu millət vəkili özü də FİF-in İdarə Heyətinin üzvü ola-ola, bu çağırışa heç bir reaksiya göstərməyib. Bəlkə də Qənirə xanım ödəniş edib, bunu gizli saxlayıb. Amma onun çoxsaylı izləyiciləri var, Tural bəyin bu çağırışının öz səhifəsində görünməsinə imkan yaradıb, daha 5 nəfərin adını işarələsəydi, prosesə xeyli fayda vermiş olardı. Başverənləri diqqətlə izlədikdə Qənirə Paşayevayla Fəxrəddin Manafovun bu fonda münasibətinin necə olduğunu bir daha görürsən. Əslində məsələnin bu tərəfi bizə məlum idi, kimlərsə tanınmış şəxslərin adından təbliğat vasitəsi kimi yararlanmağa çalışırdı. Onlar isə bu prosesə cəmi bir daha formal şəkildə qoşulublar.

İndi FİF ortaya yeni “ideya” atıb. Fond rəhbərliyi “Şamaxı” rəsmiləriylə görüşdə ianə toplanması üçün xaricdən mütəxəssislər dəvət ediləcəyini deyib. Açığı, bu açıqlamanı oxuyanda bilmədim gülüm, ya ağlayım. AFFA məşqçiləri, həkimləri, telekanal və hakimlərin rəhbərini xaricdən dəvət edirdi. Bu dəfə də ianə yığmaq üçün əcnəbi çağırırlar. Sonra da sadə insanlardan topladıqları ianələrlə həmin əcnəbinin xərcini ödəyəcəklər. FİF bizi həm güldürür, həm də düşündürür...

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Bu gün, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Bu gün, 22:10
    Caz nazirliyi
  • Bu gün, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 232
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 187
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə