Mahir Emreli doğum günündə komandasını məğlubiyyətdən xilas etdi

1.07.2022 22:20 603
Dünya futbolu
Zaqreb "Dinamo"su bu gün yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi komanda "Spartak Trnava" ilə qarşılaşıb. Görüş 3:3 hesabıyla başa çatıb.

Matçda son qolu 89-cu dəqiqədə azərbaycanlı hücumçu vurub - 3:3.

Bildirək ki, Emreli bu gün 25 yaşını qeyd edir.