"Liverpul" premyer-liqanın 11-ci turunda “Mançester Siti” ilə qarşılaşacaq.
Football-plus.az xəbər verir ki, mersisaydlıların baş məşqçisi Yürgen Klopp oyun ərəfəsində açıqlama verib. O, Erlinq Haalanı dünya futbolunun ən yaxşı hücumçusu adlandırıb:
“O, dünyanın ən yaxşı hücumçusudu. Buna görə də onun top almasına mane olmalıyıq. Bununla belə, "Mançester Siti" ilə oyunda Haalanı daha çox oyunçu ilə bağlasanız, digər dünya səviyyəli futbolçulara yer vermiş olursuz".