Cengiz Ündərin yeni sevgi macərası 3 ay çəkdi

14.10.2022 18:20 325
Dünya futbolu
Türkiyə yığmasının üzvü və ''Marsel''in vingeri Cengiz Ündərin şəxsi həyatı ilə bağlı xəbər var.

Bir müddət öncə onun Aleyna Kalaycıoğlu ilə münasibətdə olduğu üzə çıxmışdı. Bu xanım 3 ay öncə - avqustda Marseldə istirahət edərkən məşhur futbolçu ilə şəklini paylaşmışdı. Amma bugünlərdə onların münasibətlərinin artıq bitdiyi məlum olub. Bu faktı Türkiyə kanallarından birinə açıqlama verən Kalaycıoğlu özü də təsdiqləyib.

Qeyd edək ki, 24 yaşlı bu xanım 2021-ci ildə ''Survivor''da iştirak etməklə populyarlıq qazanmışdı. ABŞ-da təhsil alan Aleyna son illərdə çimərlik voleybolu ilə məşğul olurdu. Amma son dönəmdə o, musiqiyə meyl salıb. 2 ay öncə onun buraxdığı ''Beceremedim'' mahnısı ''yutub''da 3,4 milyondan çox baxış toplayıb. Bu arada bu xanımın indi də musiqiçi və bəstəkar Sinan Akçıllə birlikdə olduğu haqda şayiələr yayılıb.

Kalaycıoğlu Cengizlə münasibətləri haqda bunları deyib:
''Cengizlə bir-birimizi yeni tanımağa başlamışdıq. Ancaq münasibəti bitirmək qərarına gəldik. Həm karyera, həm də xarakter baxımından çox da bir-birimizə uyğun gəlmədiyimizi anladıq. İkimizin də karyeramızla bağlı hədəflərimiz fərqlidi. Ortaq bir məxrəcə gələ bilmədik. Mənim olmaq istədiyim sahəyə o, çox da isti yanaşmadı. 24 yaşım var və indi mənim üçün karyera hər şeydən öndə gəlir. Biz Çeşmədə istirahət zamanı tanış olmuşduq. İndi mesaj bölümümü açsaq, görərik ki, mənə ən çox futbolçular yazır. Bir dəfə bununla bağlı açıqlama verərək ''mənimki futbolçularla tutmaz'' demişdim. Amma sonra Cengizlə münasibətim oldu. Yəni əvvəlcədən böyük danışmaq lazım deyil''.