"Bu, “Barselona”ya qarşı matç kimi idi" - Yurgen Klopp

4.05.2022 16:46 525
Dünya futbolu
“Vilyarreal"la oyunun fasiləsində bütün dünya 2:0 hesabının 3:0-a çevrilməsini gözləyirdi".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinal görüşündə "Vilyareal"la 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi daha sonra bildirib:

"Amma ilk dəfə futbolçular meydanda boşluq tapana hiss etdim ki, şansımız var. Müqayisə etməyi sevmirəm, amma bəli, bu, “Barselona”ya qarşı matç kimi idi".

Qeyd edək ki, "Liverpul" ÇL-in finalında "Real" - "Mançester Siti" cütünü qalibi ilə üz-üzə gələcək. Həlledici görüş mayın 28-i Parisdəki "Stade de Frans" arenasında oynanılacaq.