Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” səfərdə “Olimpiakos”u məğlub edib - 3:0. Bu qələbə Ağdam təmsilçisinin işinə yarayıb.
Football-plus.az xəbər verir ki, komandamız UEFA reytinqində əmsal ehtiyatını yaxşılaşdırıb. “Köhlən atlar” siyahıda iki pillə irəliləyib. “Qarabağ” 66-cı sıradan 64-ə yüksəlib. Təmsilçimiz “Lester", "Volfsburq" və Plzen "Viktoriya"sını geridə qoyub.
Lakin 70-ci pillədə qərarlaşan "Real Sosyedad" əmsallarını yüksəldərək 63-cü sıraya çıxmağı bacarıb. Bu, bizim daha da irəliləməyimizə mane olub.
İLKİN SULTANLI