Avrokuboklarda qrup mərhələsinin 3-cü tur oyunlarından sonra klubların yeni reytinq cədvəli açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici "Qarabağ"dadır. Dünən "Olimpiakos"a qalib gələn ağdamlılar xal ehtiyatını artırıb və 2 pillə irəliləyib. İlk "100-lük"dəki yeganə təmsilçimiz olan "Qarabağ" 23,000 xalla 63-cü yerə şərikdir. "Real Sosyedad" (İspaniya) və "Lester" (İngiltərə) də eyni göstəriciyə malikdi.
"Neftçi" 146-cı, "Qəbələ" isə 290-cı yerə şərikdi.
