Xəbər verdiyimiz kimi, "Olimpiakos"un ulduz futbolçu Marselo yeni klubunda rəsmi debüt edib.
"Football-plus.az" xəbər verir ki, braziliyalı müdafiəçi Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda hazırda davam edən "Qarabağ"la matçda ilk rəsmi oyununa çıxıb. O, 60-cı dəqiqədə Andreas Boxalikisin əvəzinə meydana daxil olub. Amma debüt matçı Braziliya millisi və "Real"ın oyunçusu üçün uğursuzluqla yadda qalıb.
Onun komandası 0:3 hesabı ilə uduzub. Məğlubiyyətə ən çox üzülünlərdən biri də Marselo olub. Oyun bitəndən sonra çəkilən şəkillərdə onun nə qədər məyus olduğu aydın görünüb.

