Marselo "Qarabağ"ın rəqibinə transfer oldu

3.09.2022 10:00 586
Konfrans Liqası
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” heyətini yeni futbolçu ilə gücləndirib.

Football-plus.az xəbər verir ki, Pirey təmsilçisi azad agent olan braziliyalı müdafiəçi Marselo ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçu "1+1" illik müqavilə imzalanıb.

Marselo 2007-2022-ci illərdə “Real”da çıxış edib. O, Madrid təmsilçisi ilə 546 oyunda 38 qol, 103 məhsuldar ötürmə ilə yadda qalıb.

“Olimpiakos” G qrupunda ilk oyununu sentyabrın 8-də səfərdə “Nant”a qarşı keçirəcək. “Qarabağ” həmin gün Almaniyada “Frayburq”un qonağı olacaq.