"Qarabağ" Türkiyə və Yunanıstan klubu ilə eyni sırada

29.04.2022 10:49 400
Dünya futbolu
Avrokubokların yarımfinal mərhələsinin ilk oyunlarından sonra UEFA-nın klub reytinqi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, sıralamada bəzi dəyişiklər baş verib.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”ın mövqeyi dəyişməz qalıb. "Köhlən atlar" 25,000 əmsala malikdi. Ağdam təmsilçisi 63-cü yerə şərikdi. PAOK və “İstanbul BB”nin eyni əmsalı var.

Qeyd edək ki, siyahıya “Bavariya” başçılıq edir. Münhem təmsilçisi 138,000 əmsala malikdi.