"Qarabağ" 11 pillə irəlilədi - Reytinq siyahısı

11.08.2022 17:58 476
Ölkə futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının yeni reytinq siyahısını açıqlayıb.

"Football-plus.az" qurumun saytına istinadən xəbər verir ki, 301 klubun yer aldığı siyahıda təkcə "Qarabağ" yer alıb. Ağdam klubu əvvəlki reytinqlə müqayisədə 11 pillə irəliləyib və 145,5 xalla 78-ci olub.

Ötən ay 234-cü olan “Neftçi” isə reytinqdə ciddi eniş yaşayaraq, bu dəfə 301 klubun yer aldığı siyahıya düşə bilməyib.

Sıralamaya 304 xalla "Palmeyras" (Braziliya) rəhbərlik edir. 291 xalı olan "Liverpul" 2-cidi. "Flamenqo" (Braziliya) eyni xalla 3-cü pillədə yer alıb.