“Sumqayıt-2”nin yeni baş məşqçisi məlum oldu - ÖZƏL

19.07.2022 13:45 783
I liqa
Ötən mövsüm başa çatandan sonra Hakan Sünalın “Sumqayıt-2”nin baş məşqçi postundan ayrıldığını xəbər vermişdik.

Football-plus.az xəbər verir ki, təxminən iki aya yaxın boş qalan kreslo yeni sahıbini tapıb. “Kimyaçılar”a yaxın mənbədən əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi əvəzedicilərin “sükan”ını Vüqar Quliyevə tapşırmağı lazım bilib. Onun təyinatı hələ rəsmiləşməsə də, yaxın günlərdə baş məşqçi kimi ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, vaxtilə “Qarabağ”, “Bakı” kimi klubların şərəfini qoruyan yığmanın sabiq üzvü son illər “Sumqayıt” Futbol Akademiyasının aşağı yaş qruplarını çalışdırıb.

RƏŞAD