• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Plzen dalanı” ilə üzləşməmək üçün - YAZI

Ölkə futbolu / Yazarlar / Avropa Liqası

4-09-2022, 15:0

Misli premyer-liqasının 5-ci turuna sentyabrın 1-də Qəbələdə keçirilən "Kəpəz" - "Qarabağ" matçı ilə start verildi.

Gəncəlilərin heyətlə bağlı yetərincə itkisi var idi. Rauf Əliyevlə Tural Axundov cəza, Elvin Yunuszadə zədə səbəbindən meydana çıxmamışdı. Qurban Qurbanov isə heç kimin gözləmədiyi halda meydana ÇL-də güvəndiyi heyəti buraxaraq dominantcasına “1 nömrə” oynayacağını göstərdi. Ağdam təmsilçisində cəmi iki dəyişiklik vardı. İbrahima Vacinin əvəzinə Ovusu Kvabenaya, Marko Yankoviçin yerinə isə Julio Romaoya şans verilmişdi.

Hamı əmin idi ki, qonaqlar aşkar autsayder və heyətində ciddi itkilər olan "Kəpəz"i rahat əzib keçəcək. Amma matçın startından gəncəlilər "köhlən atlar"a layiqincə müqavimət göstərməyə başladı. ÇL-də "Lex, "Sürix", "Ferentsvaroş", "Viktoriya" kimi komandalara qarşı mübarizliyi və üstün oyunuyla diqqəti çəkən heyət "Kəpəz"lə oyunda dalana dirəndi. "Qarabağ" kəsərli hücumlar qurmasına, oyunun böyük bölümünü meydanın rəqibə aid hissəsində keçirməsinə baxmayaraq, qol imkanlarından yararlana bilmədi. Yalnız 44-cü dəqiqədə növbəti mövqe hücumu zamanı rəqib müdafiəsindəki boşluqlardan yararlanaraq hesabı açdılar. Hətta ikinci hissədə "Kəpəz"in heyətində Tural Rzayevin qırmızı vərəqə alaraq qovulmasından da Ağdam təmsilçisi istifadə edib fərqi artıra bilmədi. Filip Ozobiç, Kadi Borges hələ də tam potensialını ortaya qoya bilmir. Julio Romao komandaya tam uyğunlaşmayıb. Ovusu nə qərər çalışsa da, hücumçu kimi ondan tələb olunanı verə bilmir və Vacinin yoxluğu artıq özünü göstərir. Ən əsası, ÇL-də oynamış heyət aşkar autsayderə güclə, minimal hesabla qalib gəlirsə, sabah Avroliqanın qrupunda adlı-sanlı "Olimpiyakos", “böyük beşlik” təmsilçiləri "Frayburq" və "Nant" ilə necə bacaracaq?!

Çoxları fikrimlə razılaşmaya bilər ki, "Kəpəz"lə oyunda Ağdam təmsilçisi aşkar üstün idi, rəqibi öz qapısına sıxmışdı, təkqapı futbol izləyirdik və s. Sadalananlarla razıyam. Amma ardıcıl yenilgilərdən sonra turnir cədvəlinin dibində qərarlaşan, doğma publika önündə çıxış etməyən, heyətində ciddi itkiləri, baş məşqçi dəyişikliyi olan komandaya qarşı da üstün oynamasın?! Gəncəlilərin əziyyətini yerə vurmuram. Komanda həqiqətən də son 4 matçla müqayisədə ən yaxşı müdafiə futbolunu oynadı, rəqibə maksimum az boşluq verməklə kollektiv şəkildə müqavimət göstərdi. Buna rəğmən, “yarılmayacaq və keçilməyəcək müdafiə xətti yoxdu” deyiblər. Ağdam təmsilçisi 2-ci heyətlə doğma meydanda "Səbail"i 3:1, "Şamaxı"nı 4:0, səfərdə "Sumqayıt"ı uzatma dəqiqələrində məyus edə bilirsə, əsas heyətlə autsayder qarşısında güclə minimal hesabla qalib gəlirsə, düşündürücüdü məqamdı. Bəziləri deyə bilər ki, Avroliqanın qrup matçları ərəfəsində əsas heyət oyunçularına şans verməkdə əsas məqsəd onların formada qalmasını təmin etməklə rahat oynamaq və hesabı qorumaq idi. Rahat oynamaq o halda olar ki, 2,3,4 top öndə olasan və meydanda top saxlayasan. 1:0 hesabıyla irəlidə olmaq nə vaxt rahat oyuna rəvac verilə bilər? Hansı rəqiblə mübarizə aparmağından asılı olmayaraq, istənilən minimalhesablı üstünlük “sürüşkəndi”.

Üstün oyun nümayiş etdirmək "Qarabağ"da problemlərin olmaması demək deyil. Komandanın aparıcı oyunçuları, əsasən də Kadi, Ozobiç və Ovusunun ifasında son nöqtəni qoya bilməmək sindromu ilə yanaşı, fiziki formalarında eniş də hiss olunur. Hansısa komanda əksər hallarda müdafiədəki boşluqları, yaradıcılıqda zəif olması və buraxdığı qollara yox, qaçırdığı fürsətlərə görə oyun planında geriləyir və acı məğlubiyyətlərlə üzləşir. Necə ki "Qarabağ" Plzendə bu üzüntünü yaşadı. Komanda son nöqtəni qoya bilməməklə bağlı nüanslar üzərində ciddi işləməli və bunu aradan qaldırmalıdı.

Qurban Qurbanov transfer etməyəcəklərini desə də, komandaya ən azı üç yeni oyunçu lazımdı. Medinanın yoxluğunu, Medvedevin yenicə məşqlərə başlamasını, Bəhlulun riskli, həyəcanlı oynamasını, Kadi, Ozobiç, Ovusunun bütün potensialını ortaya qoya bilməməsini, Vacinin də getdiyini nəzərə alsaq, "köhlən atlar"a mərkəz müdafiəçisi, oyun qurucusu və sürətli, texnikalı, qol duyum yüksək olan forvard lazımdı. Əks halda "Qarabağ" Avroliqada "Kəpəz"lə matçdakından daha ciddi müqavimət və növbəti "Plzen dalanı” ilə üzləşəcək.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

9-08-2022, 14:0

Qurban Qurbanovun "Ferentsvaroş" planı - TƏXMİNİ HEYƏT

Manşet / Çempionlar Liqası

17-08-2022, 12:0

“Qarabağ”ın sabiq futbolçuları 2016-ya qayıtdı - AÇIQLAMALAR

Aktual / Manşet

3-08-2022, 17:0

Qurban Qurbanov "Ferentsvaroş"a qarşı bu variantdan istifadə edə bilər

Çempionlar Liqası

14-08-2022, 11:0

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

Ölkə futbolu / Manşet

11-08-2022, 15:0

Erkin İbrahimov “Qarabağ”ın rəqibini incələdi – AÇIQLAMA

Manşet / Çempionlar Liqası

11-08-2022, 16:0

“Qarabağ”la “Viktoriya”nın fərqi - AÇIQLAMA

Aktual
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Son xəbərlər
  • Bu gün, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 247
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 231
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə