Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən "Sabah" bu gün ilk yoxlama görüşünü keçirəcək.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar" Rumıniya təmsilçisi "Universitatya" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da start götürəcək. Matçın "Sabah" tərəfindən canlı yayını nəzərdə tutulmayıb.
Valdas Dambrauskasın komandası iyunun 28-də "Ferentsvaroş" (Macarıstan), iyulun 2-də "Polessye" (Ukrayna) ilə qarşılaşacaq.
"Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
Ölkə futbolu






