Milli komandanın rekordçusu oldu

23.06.2026 18:20 19
Dünya futbolu
Erlinq Holann Norveç yığmasının tarixinə düşüb.

"Football-plus.az" xəbər verir ki, o, dünya çempionatında meydana çıxdığı iki oyunda 4 qol vurub. “Mançester Siti”nin hücumçusu mundialda milli komandanın ən yaxşı bombardiri olub.

Qeyd edək ki, Norveç mundialda 4-cü dəfə iştirak edir. Milli komandanın əvvəlki rekordçusu 1994 və 1998-ci illərdə qol vuran Kyetil Rekdal idi. Holannın yığmada 52 oyuna 59 qol vurduğunu da qeyd edək.