“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?

24.06.2026 11:52 36
Ölkə futbolu / Aktual
“Zirə”nin Konfrans Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Torpedo” Gürcüstan çempionatında növbəti oyununu keçirib.

“Football-plus.az”ın məlumatına görə, Kutaisi təmsilçisi 19-cu turun oyununa “Spaeri”ni qəbul edib – 0:0.

Meydan sahiblərinin baş məşqçisi Dirk Şuster bu oyunda aşağıdakı futbolçulara şans verib: 1. Oto Qoşadze, 5. Tsotone Nadaraya (36. Luka Pridonişvili, 82), 22. Dato Bukiya, 4. Matey Simiç, 2. Varley, 7. Vladimir Mamulaşvili (k), 16. Sori Mane, 6. Muhammed Şerif (15. Luka Kuprava, 76), 11. Georgi Arabidze, 9. Komnen Andriç, 35. Dieqo Deysadze.

Beləliklə, bir xal qazanan “Torpedo” 27 xalla 4-cü pilləyə yüksəlib. Kutaisililər lider “Rustavi”dən 5 xal geridədi. “Spaeri”nin 22 xalla 10 komanda arasında 8-ci yerdə olduğunu da bildirək.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul