“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu qatıb.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Naxçıvan təmsilçisi Alexandro Herrera ilə müqavilə imzalayıb. Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşma "1+1" illikdi. 21 yaşlı mərkəz yarımmüdafiəçisi “Arko Zaragoza” akademiyasının yetirməsidi. Peşəkar futbolçu karyerasına Argentina “Banfield”ində başlayan Herreranın sonuncu klubu Dominikanın “San Kristobal”ı olub.