Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama

23.06.2026 21:15 198
Ölkə futbolu / Aktual
Bilindiyi kimi, “Qarabağ” dünən yay təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyanın Tirol bölgəsinə yollandı. Klubun yaydığı şəkillər və toplanışa yollanan heyət ilə tanış olandan sonra üzə çıxdı ki, sırada Elvin Cəfərquliyev də var. Baş məşqçi Qurban Qurbanovun intizam qaydalarına əməl etmədiyinə görə əvəzedici heyətə göndərdiyi futbolçunun əsas komandayla birgə toplanışa yollanması mütəxəssisin onu bağışladığını düşündürdü.

Bəs, həqiqət məhz budumu? Öz aramızdı, bəlkə baş məşqçinin məqsədi Elvinin formasını bərpa etməsi və daha baha qiymətə satılması üçün şəraitin yaradılmasıdı?

Bu suallarla müdafiəçinin meneceri Tural Əsgərliyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Düşünürsüz ki, Qurban Qurbanov futbolçular barədə qərarlarını, düşüncələrini mənimlə bölüşür? Bu sualı baş məşqçi cavablasa, daha yaxşı olar. Mən futbolçular, xüsusən müştərim olanlar haqda təxminlər üzərindən danışa bilmərəm. Belədi və ya belə deyil demək doğru olmaz. Bu gün o bəllidi ki, Elvin artıq “Qarabağ”ın əsas komandasındadı. Əlbəttə, sərfəli təklif olsa, başqa kluba transfer olunacaq. O başqa məsələ ki, burda da hər şey təkcə Elvindən yox, həm də “Qarabağ”ın qərarından asılıdı”.

Xatırladaq ki, müdafiəçinin “köhlən atlar”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul